Texasda naməlum şəxs insanları atəşə tutdu

Texasda naməlum şəxs insanları atəşə tutdu

ABŞ-ın Texas ştatının Ostin şəhərində naməlum şəxs insanlara atəş açıb.

Oxu.Az-ı məlumatına görə, bu barədə yerli polis şöbəsinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Bildirlir ki, atışma nəticəsində ən azı bir nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxs 30-40 yaşlarında bir qadındır.

Polis Ostin sakinlərini şəhərin mərkəzindən uzaq durmağa çağırıb. Atəş açan şəxsin tutulması barədə məlumat yoxdur.

0
13