Ərdoğanın qızı 15 iyul gecəsi başına gələnlərdən DANIŞDI

Ərdoğanın qızı 15 iyul gecəsi başına gələnlərdən DANIŞDI

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qızı Əsra Albayrak 15 iyul gecəsi yaşadıqlarından danışıb. Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kısıklıda prezidentin evinin qarşısında toplaşmış insanlar qarşısında çıxış edən Əsra Albayrak cəsur bir millətin nümayəndəsi olduğuna görə fəxr etdiyini və 15 iyul gecəsi yaşadıqlarını əsla unutmayacağına deyib: “Həmin vaxt İstanbulda bir telekanalda qonaq idim. Elə bu zaman baş verənlərdən xəbər tutduq və dərhal Qaziantepə qayıdıb xalqımın yanında olmağa qərar vrdim. “Atatürk” hava limanına gedərkən yaşadıqlarım çox çətin idi, sözlə ifadə edilə bilməz. Bir tərəfdən prezidentimizlə əlaqə saxlamağa çalışırdıq, bir tərəfdən də F-16-lar başımızın üstündən uçuşurdu. Mən də zənn edirdim ki, prezidenti qorumağa gəliblər. Sən demə, Kandilə atmadığı bombaları prezidentimizə atmağa gəlmiş şərəfsizlər imiş. Elə həmin vaxt bələdiyyədəki  yoldaşlara zəng vurdum və onlara bizim komandir sağdır dedim. Onlardan aldığım cavab isə məni çox təəccübləndirdi. Zəng etdiyim adam da FETÖ-nün əsgəri imiş. Bundan sonra bütün bələdiyyə maşınlarını hərbi hissənin qarşısına yığdıq. Millət olaraq çevriliş etmək istəyənləri devirdik”.

0
28