AZAL-dan Bakı-Milan reyslərində – YENİ AKSİYA

AZAL-dan Bakı-Milan reyslərində – YENİ AKSİYA

Uçuşların müddəti: 15 aprel - 7 iyun.

“Azərbaycan Hava Yolları” (AZAL) aprelin 15-dən etibarən həyata keçiriləcək Bakı və Milan arasında reyslərdə yeni aksiyaya start verdiyi barədə elan verib.

Bu barədə AZAL-dan Oxu.Az-a bildirilib. 

Aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq. 

Uçuşların müddəti: 15 aprel - 7 iyun 2016-cı il.

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

Bundan əlavə, aksiya dövründə Milana uçan “AZAL Miles” proqramı iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər. 

“AZAL Miles” bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytından əldə edə bilərsiz:

https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:

http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərindən əldə etmək mümkündür.

Ülviyyə R. Əli
www.oxu.az

0
13