DiKaprionun keçmiş sevgilisi məhkəməyə verildi

DiKaprionun keçmiş sevgilisi  məhkəməyə verildi

Oskar mükafatlı Leonardo DiKaprio keçmiş sevgilisi, amerikalı model Erin Heatherton qonşuları tərəfindən məhkəməyə verilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Erinin qonşuları 27 yaşlı modelin evində səs-küylü partilər keçirməsindən narahatdırlar.

Onlar həmçinin, modelin binanın xərcləri üçün 16 min dollar borclu olduğunu iddia ediblər.

Qeyd edək ki, 2012-ci ildə DiKaprio ilə sevgili olan model, evi də həmin il 1,76 milyon dollara almışdı.

0
19