Bir ailənin 7 üzvü öldürüldü, 2 yaşlı uşaq xilas oldu

Bir ailənin 7 üzvü öldürüldü, 2 yaşlı uşaq xilas oldu

Meksikanın Qerrero ştatında silahlı şəxslər dördü uşaq olmaqla, bir ailənin 7 üzvünü qətlə yetiriblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident bölgənin şimalındakı Truxano yaşayış məntəqəsində baş verib.

Silahlılar evə soxularaq, qarşılarına çıxan hər kəsi öldürüblər.

Məlumata görə, hücum zamanı yalnız iki yaşlı uşaq xilas oluna bilib - silahlılar onu görməyiblər.

Hadisənin səbəbləri  ilə bağlı polis hələlik heç bir versiya elan etməyib.    

0
16