Gülən tərəfdarlarının kodlaşdırılmış yazışması ələ keçdi

Gülən tərəfdarlarının kodlaşdırılmış yazışması ələ keçdi

Türkiyə kəşfiyyatı Fətullah Gülənin tərəfdarlarının çevrilişə cəhddən xeyli əvvəl kodlaşdırılmış yazışmasını ələ keçirib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Türkiyə kəşfiyyatı ötən ilin mayında Fətullah Gülənin tərəfdarları arasında “ByLock” xüsusi əlavə vasitəsi ilə aparılmış yazışmanı ələ keçirib. Mənbə qeyd edib ki, Gülən tərəfdarları “ByLock”-dan hələ  2014-cü ildən istifadə etməyə başlayıblar. Digər əlavələr vasitəsilə şifrələnmiş yazışmalar 2013-cü ilin dekabrından aparılıb.

Qeyd olunur ki, Türkiyə kəşfiyyatı Fətullah Gülənin 40 minədək tərəfdarlarının şəxsiyyətini müəyyən edə bilib. “Onların əksəriyyəti çevriliş cəhdi ilə birbaşa əlaqəli olub”, - deyə mənbə “Röyters” agentliyinə bildirib.  

“ByLock əlavəsindən əldə etdiyimiz məlumatlar onların şəbəkəsinin əhəmiyyətli hissəsini izləməyə imkan verib. Müəyyən müddətdən sonra, “ByLock”un artıq etibarlı vasitə olmadığını bildikdən sonra, onlar başqa əlavələrdən istifadə etməyə başladılar”, - deyə mənbə qeyd edib.    

0
19