Hindistanda ildırım insanların ölümünə səbəb olub

Hindistanda ildırım insanların ölümünə səbəb olub

İldırım vurması nəticəsində 30 nəfər ölüb.

Hindistanın Orissa ştatında ildırım vurması nətcəsində 30 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Oxu.Az ria.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qəzaların əksəriyyəti Bhadrak və Balasor dairələrində qeydə alınıb, burada ən azı yeddi nəfər ölüb. Daha altı nəfər isə Khurda dairəsində ölüb.

Musson yağışları, çox zaman kütləvi insan ölümünə səbəb olur. Belə ki, iyunun sonunda ölkənin bir neçə şimal ştatında bir gecədə 100-dək insan ildırım vurması nəticəsində ölmüşdü.

0
33