"Bir futbolçuya 100 milyon avro vermərəm"- Klopp

"Bir futbolçuya 100 milyon avro vermərəm"- Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlamaları ilə diqqət çəkib. Lent.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis bildirib ki, heç bir futbolçunun transferinə 100 milyon avro xərcləməz.



"Bir futbolçuya 100 milyon avro versəniz və həmin oyunçu zədələnərsə, xərclədiyiniz pul puç olar. Buna görə də bir futbolçuya 100 milyon avro vermərəm. Bəli, komandanızın ən yaxşı olmasını istəyərsiniz, amma bunu təkcə pulla edə bilməzsiniz. Futbol bir komanda oyunudur. Yaxşı kollektiv formalaşdırmalısınız. Digər klublar böyük pullar xərcləyərək ən yaxşı futbolçuları transfer edə bilərlər. Ancaq mən komanda qurmaq işini fərqli yolla həyata keçirəcəm. Mən də digərləri kimi böyük pullar xərcləyərək işimi asanlaşdıra bilərəm. Lakin belə etməyəcəm".

0
12