Gədəbəydə iki avtomobil toqquşub: Ölən və yaralananlar var

Gədəbəydə iki avtomobil toqquşub: Ölən və yaralananlar var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızıltorpaq kəndi ərazisidnə qeydə alınıb. Rayon sakini Yaşar Məmmədovun idarə etdiyi “Zil” markal yük avtomobillə Nazim Mürsəlovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onaların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

0
20