Nadir geyimlərini satışa çıxardı: "Pulsuzluqdan..." - FOTOLAR

Nadir geyimlərini satışa çıxardı: "Pulsuzluqdan..." - FOTOLAR

 Müğənni Nadir Qafarzadə geyimlərini satışa çıxarıb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib: “Açığı xeyli vaxt idi ki, geyinmədiyim  geyimləri satmaq istəyirdim. Amma nədənsə bunu etmirdim. Amma düşündüm ki, geyimlərim evdə qalıb yarasız olunca, onu satışa çıxarım və əldə olunan gəliri ehtiyacı olanlara verim. Bilirəm bu addımım da birmənalı qarşılanmayacaq. Deyəcəklər ki, pulsuzluqdan satıram. Artıq tənqidlərə əhəmiyyət verməməyə çalışıram. Artıq sosial şəbəkədəki səhifəmdə satılacaq olan geyimlərimin şəkilini paylaşmışam, müştərilər var. Onu da deyim ki, geyimlərimdən qazandığım gəlirin 1 qəpiyi də mənə lazım deyil”.

0
76