General: İnsan alverinə qarşı mübarizə sahəsində nailiyyətlər əldə olunub

General: İnsan alverinə qarşı mübarizə sahəsində nailiyyətlər əldə olunub

Azərbaycan insan alveri ilə mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev Ümumdünya İnsan Alverinə qarşı Mübarizə günündə həyata keçirilən ictimai maarifləndirmə kampaniyasının açılışında deyib.

“Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi var, o cümlədən bununla bağlı beynəlxalq əməkdaşlıq tədbirləri, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir.

Ölkədə 2008-2009, 2009-2014,2014-2018-ci illər üzrə həyata keçirilən milii fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarfiləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb.

Bu səbəbdən də ABŞ Dövlət Departamentinin, Avropa Şurasının, GRETA təşkilatının ekspertlər qrupunun, ATƏT-in səlahiyyətli qurumlarının hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizənin səviyyəsi yüksək qiymətləndirilib.

Artıq Azərbaycan bu sahədə öyrənən ölkə deyil, öyrədən ölkə kimi təqdim edilir. Artıq Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində 3-cü milli fəaliyyət planı həyata keçirilir və bu işdə 42 mərkəzi icra hakimiyyəti orqanı, ictimai təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti, eyni zamanda Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegiyası və KİV nümayəndələri iştirak edirlər”, - deyə Ş. Əsədullayev bildirib.

0
24