“Yurdum-yuvam məskənimsən Azərbaycanım” adlı silsilə tədbirlərə start verilib

“Yurdum-yuvam məskənimsən Azərbaycanım” adlı silsilə tədbirlərə start verilib

Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Q.Vəliyev adına Mədəniyyət Mərkəzi “Yurdum, yuvam, məskənimsən Azərbaycanım” adlı silsilə konsert tədbirlərinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, ilk tədbir iyulun 28-də Q.Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzi direktoru Hafiz Mirzə açaraq keçiriləcək silsilə tədbirlər haqqında məlumat verib.

Sonra tədbir mədəniyyət işçilərinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

Mədəniyyət işçilərindən Vüsal Ağayev, Elgün Əlizadə, Rəhim Hüseynov, Kənarmeşə kənd sənətkarlıq evinin dərnək üzvlərinin ifasında mahnılar səslənib, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Çölləmə”, Girdəni kənd diyarşünaslıq evinin “Vənəşə”, Boladı folklor klubunun rəqs kollektivlərinin, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin çıxışı olub.

A.S.

0
14