"Neftçi" "Rapid"in futbolçusunu transfer etdi - FOTO

"Neftçi" "Rapid"in futbolçusunu transfer etdi - FOTO

Azərbaycan çempionatında daha bir legioner futbolçu çıxış edəcək. Apasport.az saytı xəbər verir ki, “Neftçi” heyətinə yeni oyunçu qatıb.

Belə ki, Bakı təmsilçisi Buxarest “Rapid”ini tərk etmiş Katalin Tira ilə anlaşıb. Bu barədə məlumatı Rumıniyanın digisport.ro saytı yayıb.

“Rapid” Liqa-1-dən kənarda qaldığı üçün Buxarest təmsilçisinin futbolçuları yeni klub axtarışına çıxıblar. Onların sırasında Tira da olub. Rumıniyalı hücumçu Azərbaycandan gələn təklifə “hə” cavabını verib.

22 yaşlı forvardın Azərbaycan çempionatının ötən mövsümünü 6-cı pillədə bitirmiş “Neftçi” ilə razılığa gəldiyi qeyd olunub.

Katalin Tira karyerası ərzində “Rapid”dən öncə “Den Haq”, “Braşov” və “Konkordia” klublarının da formasını geyinib. O, Rumıniyanın U-21 yığmasında iştirak etdiyi 3 oyunda  1 qola imza atıb.

Qeyd edək ki, mövsümlərarası fasilədə Nikolas Kanales, Antonio Quinta, Erik Ramos, Aqil Məmmədov, Ailton Silva və Xuan Alberto Melli ilə vidalaşan “Neftçi” əvəzində Edson Kastilyo, Murad Ağayev, Vançe Şikov, Dario Melnyak və Krşevan Santinini heyətinə qatıb.

0
41