PKK terrorçularının növbəti hücumu: 1 yaralı

PKK terrorçularının növbəti hücumu: 1 yaralı

PKK terrorçuları Türkiyənin Bitlis vilayətində jandarma məntəqəsinə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri Bitlis-Diyarbakır yolunda yerləşən məntəqəni iriçaplı silahlardan atəşə tutub.

Terrorçularla yaranan atışma zamanı 1 polis əməkdaşı yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyatına təhlükə olmadığı bildirilir.  Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

0
11