Bu şəhərdə internet pulsuzdur

Bu şəhərdə internet pulsuzdur

İsrailin paytaxtı Tel-Əvivdə pulsuz internet xidməti bələdiyyə tərəfindən xalqın istifadəsinə verilib.

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, şəhərin fərqli bölgələrində olan 60 wi-fi mərkəzinin köməyi ilə şəhər əhalisi internetdən pulsuz istifadə edə biləcək. İnternetdən pis əməllər üçün istifadə edilməsin deyə, bələdiyyə işçiləri internetə senzura qoyub və sürət həddi müəyyənləşdirib.

Məlumatlara görə, bir müddət əvvəl yalnız hava limanlarında internetdən pulsuz istifadə edilirdi. Hazırda bu xidmət  şəhər səviyyəsinə qaldırılıb. Hökumət rəsmiləri bütün ölkədə internetdən pulsuz istifadə edilməsi üçün işlər görürlər.

0
20