Marneulidə 5 qat dünya çempionu azərbaycanlı gənclərlə görüşdü

Marneulidə 5 qat dünya çempionu azərbaycanlı gənclərlə görüşdü

İyulun 29-da şahmat üzrə beş qat dünya çempionu, qrossmeyster Nona Qaprindaşvili Marneuli Gənclər Mərkəzində (MGM) olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, MGM-də dünya çempionu ilə azərbaycanlı gənclərin görüşü keçirilib.

Tədbirdə Nona Qaprindaşvili gənc azərbaycanlı şahmatçılara şahmat sahəsində əldə etdiyi təcrübələr haqqında danışıb.

Dünya çempionu sonda Marneuli Gənclər Mərkəzinin şahmat klubunun üzvlərinə ustad dərsi keçib. Görüşün sonunda ən yaxşı oyun nümayiş etdirən 3 gənc şahmatçı mükafatlandırılıb.

0
31