Rio-de-Janeyroda Olimpiya kəndində yanğın oldu

Rio-de-Janeyroda Olimpiya kəndində yanğın oldu

Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya kəndində yanğın baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın Avstraliya yığmasının yerləşdirildiyi binada qeydə alınıb.

Avstraliya yığmasının təxliyə edildiyi, hadisə nəticəsində zərərçəkən olmadığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Avstraliya Milli Olimpiya Komitəsinin nümayəndələri Olimpiya kəndində idmançıların yaşayış şəraitinin yarıtmaz olduğunu bildirmişdilər.

0
23