“Qarabağ” – “Viiktoriya” oyununun biletləri satışda

“Qarabağ” – “Viiktoriya” oyununun biletləri satışda

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Viktoriya” matçının biletləri sabahdan satışa çıxarılır.

Apasport.az saytının məlumatına görə, avqustun 2-də baş tutacaq Azərbaycan və Çexiya çempionlarının biletləri iyulun 30-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir. Belə ki, azarkeşlər matçı izləmək üçün 1-5 və 24-28 nömrəli sektorlara 1, 6-10 və 19-23 nömrəli sektorlara 2, 11-18 nömrəli sektorlara 5AZN ödəməlidi.

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya”  matçı saat 20:30-da start götürəcək.

0
30