Şvaynştayger beynəlxalq karyerasını başa vurdu

Şvaynştayger beynəlxalq karyerasını başa vurdu

“Mançester Yunayted”in və Almaniya yığma komandasının yarımmüdafiəçisi Bastian Şvaynştayger “Tvitter”də beynəlxalq karyerasının başa çatdığını bildirib.

Oxu.Az xəbər verir ki, “Avro-2016” çempionatındakı Fransaya qarşı matç 31 yaşlı havbek üçün milli komandasının geyimində son matç olub.

“Avro-2016”-dan sonra Şvaynştaygerin yığmadakı karyerasının başa çatacağı barədə məlumat yayılmışdı.

“Gözəl zaman üçün təşəkkür edirəm!” – Şvaynştayger “Tvitter”də yazıb.

Almaniya yığması üçün havbek 2004-cü ildən oynayırdı. Milli yığmada oynadığı zaman ərzində Şvaynştayger 2014-cü il dünya çempionatında qalib gəlib, “Avro-2008”-in gümüş mükafatçısı olub. Bundan başqa, Şvaynştayger 2006-cı və 2010-cu illərin dünya çempionatlarının bürünc mükafatçısıdır.

0
7