Turçinov: Ukrayna Avropanın RƏM sisteminin bir hissəsi olmalıdır

Turçinov: Ukrayna Avropanın RƏM sisteminin bir hissəsi olmalıdır

“Biz özümüzü müdafiə etməliyik”.

Ölkə Avropada hava əleyhinə müdafiə və raket əleyhinə müdafiə sisteminin bir hissəsi olmalıdır. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu  bəyan edib.

“Bu gün ölkəmizin müdafiə və təhlükəsizliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri raket qalxanının bərpasıdır. Ukrayna özünü müdafiə etməli və  Avropada etibarlı, eləcə də raket və aviasiya üçün keçilməz olan hava əleyhinə müdafiə və raket əleyhinə müdafiə sisteminin bir hissəsi olmalıdır”, - Turçinov bəyan edib.

Hələ keçən il Turçinov ölkənin raket potensialının bərpası üzərində işləmək niyyətində olduğunu bəyan etmişdi.

0
14