Moskva və Vaşinqton Qarabağı müzakirə ediblər

Moskva və Vaşinqton Qarabağı müzakirə ediblər

Moskva və Vaşinqton bu gün Rusiya xairici işlər nazirinin müavini Qriqori Karasinin və ABŞ-ın Rusiyadakı səfiri Con Teffot ilə görüşü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Suriyada və Qafqazda vəziyyət müzakirə edilib. Həmçinin Ukraynanın cənubi-şərqindəki münaqişə ilə bağlı problemə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivlərinə, eləcə də gündəmin digər aktual məsələlərinə toxunulub”, - rəsmi məlumatda deyilir.

0
9