“Sovetski”də 23 tarixi binadan 21-i söküldü

“Sovetski”də 23 tarixi binadan 21-i söküldü

Bakı şəhəri Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazisində 26 ha yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, “Azəravtoyol” ASC-dən APA-ya verilən məlumata görə, bura 23 ha sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 ha sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Layihənin icrasına uyğun olaraq ilkin mərhələdə 3827 yaşayış və qeyri-yaşayış sahəsinin tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib.

O cümlədən 3497 obyekt satın alınıb, 219 obyekt üzrə isə vətəndaşlar yaşayış sahəsi ilə təmin edilib.

Sözügedən ərazidə satın alınmamış 111 obyekt qalıb, satın alınan obyektlərdən isə 249 ədədinin söküntüsü davam edir, eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə tikinti sahəsinə düşən 23 tarixi əhəmiyyətli binalardan 21-i tarixi əhəmiyyətli binaların siyahısından çıxarılaraq sökülüb.

“Sovetski” kimi tanınan ərazisində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək.

0
11