“Rosneft”in rəhbəri: Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz

“Rosneft”in rəhbəri: Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz

“Təklif bolluğunun öhdəsindən iki il ərzində gəlmək mümkün olacaq”.

Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, “Rosneft”in rəhbəri İqor Seçin belə hesab edir. 

“Bir sıra səbəblərə görə, biz ucuz qiymətlər mərhələsindəyik, amma bu mərhələ uzun sürə bilməz”, - o, “Ft Commodities Global Summit 2016” konfransında deyib və əlavə edib ki, hazırkı qiymətlər xərclərin tam silsiləsini təmin etmir.

O həmçinin qeyd edib ki, neft bazarında təklifin bolluğu probleminin öhdəsindən iki il ərzində gəlmək mümkün olacaq. 

“Neftin qiymətinin kəskin ucuzlaşmasında həlledici amil  - təklifin tələbata görə üstün olmasıdır. Bu gün, təklifin bolluğu problemin öhdəsindən iki il ərzində gəlmək mümkün olacağı təsəvvürü yaradır”, - Seçin deyib. 

0
16