Türkiyə çevriliş cəhdində istifadə olunan hərbi bazaları bağlayır

Türkiyə çevriliş cəhdində istifadə olunan hərbi bazaları bağlayır

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı çevrilişçilərin istifadə etdiyi Akıncı hərbi bazası bağlanır.

Lent.az-ın sozcu.com.tr-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım hərbi bazanın yerləşdiyi Kazanda keçirdiyi görüşdə bildirib: "15 iyulda Ankarada və İstanbulda  tankların çıxarıldığı, helikopterlərin havaya qaldırıldığı bütün bazalar bağlanacaq. Buradan hər kəsə deyirəm, xainlərin yuva saldığı Akıncı hərbi bazası da bağlanacaq. Bura şəhidlərin xatirəsini yaşadacaq məkana çevriləcək. Millətin üstünə tank yeridənlər artıq burada o tankları tapa bilməyəcklər".

0
12