Ziya Məmmədov Balakəndə vətəndaşları qəbul etdi – FOTO

Ziya Məmmədov Balakəndə vətəndaşları qəbul etdi – FOTO

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb.

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov iyulun 29-da Balakən rayonunda qəbul keçirib.

Oxu.Az xəbər verir ki, nazir Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, Zaqatala-Mosul avtobus marşrut xəttinin Manquşan oba istiqamətinədək uzadılması, Qax-Ləkit müntəzəm marşrut xəttinin açılmasına köməklik göstərilməsi, Qax şəhərdaxili marşrut xətlərində işləyən köhnə avtobusların yeniləri ilə əvəz edilməsi, eləcə də Balakən Avtovağzalının pasportlaşdırılmasına köməklik göstərilməsi təklif olunub.

Zaqatala şəhərində yeni istifadəyə verilmiş Beynəlxalq Avtovağzalla bağlı, Zaqatala-Faldarlı marşrut xəttinin açılması və Katex-Qaybalı oba avtomobil yolunun tikintisi ilə əlaqədar vətəndaşlar tərəfindən minnətdarlıq ifadə olunub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

0
20