İran naziri Putin və Ruhaninin Bakı görüşündən danışdı

İran naziri Putin və Ruhaninin Bakı görüşündən danışdı

Rusiya və İran prezidentlərinin Bakı görüşü ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq.

Oxu.Az RİA Novosti-yə istinadən bu barədə Ruisya-İran hökumətlərarası Komissiyasının həmsədri, rabitə və telekommunikasiya naziri Mahmud Vaezi Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşdə bildirib.

“Liderlərin 2015-ci ildə Tehranda görüşü Rusiya və İran arasında münasibətin pik nöqtəsi oldu. Bakıda avqustun 8-də Həsən Ruhani və Vladimir Putinin növbəti görüşü onları növbəti səviyyəyə çıxara bilər”, - Vaezi bildirib.

Xatırladaq ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirlməsi planlaşdırılıb.

0
14