Türkiyədə NATO-nun aviabazası yanında etiraz aksiyası keçirilib

Türkiyədə NATO-nun aviabazası yanında etiraz aksiyası keçirilib

Aksiya iştirakçıları Amerika əleyhinə şüarlar səsləndiriblər.

Anatoliyanın Gənclər Assosiasiyasının fəalları Türkiyənin cənubunda NATO-nun İncirlikdə yerləşən aviabazası yanında etiraz aksiyası keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Daily Sabah” yazır.

Məlumata görə, aksiya iştirakçıları ABŞ-ı ölkədə hərbi çevrilişə cəhdə aidiyəti olmaqda ittiham edirlər.

Aksiya iştirakçıları Amerika əleyhinə şüarlar səsləndiriblər və həmvətənlərini analoji aksiyalara qoşulmağa çağırıblar.

0
16