Cinayətkar ağladı: Lüt idi – VİDEO

Cinayətkar ağladı: Lüt idi – VİDEO

Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə daxil olan şəxs ona bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, İradə Hüseynova qonşularının köməkliyi ilə dərhal xəstəxanaya yerləşdirilib.

Əməliyyatdan sonra onun həyati təhlükəsi aradan qaldırılıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri araşdırma ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılıb.

Saxlanılan Samir Rəşidov əməlini etiraf edib. İradə Hüseynovanı 5 ilə yaxındır ki tanıdığını deyən Samir, mənzilə daxil olanda onunla mübahisə etdiyini bildirib.

Həmin zaman yüksək dozalı dərman qəbul etdiyini deyən Samir mətbəxdən bıçağı götürərək, zərərçəkənin kürək nahiyyəsindən 2 dəfə xəsarət yetirib.Sonra isə evdən 110 manat pul götürərək, oranı tərk edib. Samir Rəşidov dindirilərkən göz yaşlarını saxlaya bilməyib.

“Məni şirnikləşdirib, aradan çıxmaq istəyirdi. Məndən qorxurdu, qaçmaq istəyirdi. Gördü ki, adamlıqdan çıxmışam. Qapını açdı, bayıra çıxdı. Başladı qışqırmağa ki, ay qonşular, kömək eləyin.

Mən də sakit şəkildə əynimi geyindim, o lüt idi, evdən adyalı götürüb üstünə örtdüm, dedim ki, biabırçılıq olmasın. Rus qonşunun qapısını döydüm, mən aşağı düşəndən sonra açıb qapını. Aşağıda dedim ki, polis çağırın, təcili yardım çağırın, yuxarıda yaralı var”, - deyə Samir Rəşidov bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

0
17