Gürcüstandan külli miqdarda qaçaqmal siqaret gətirmək istədilər

Gürcüstandan külli miqdarda qaçaqmal siqaret gətirmək istədilər

Gömrükdə əməliyyat keçirilib.

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin  qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. 

Yoxlama zamanı avtomobildən 12 min ədəd xarici markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0
25