Satici

500 AZN

İşəgötürən: FAB Boya və Kimya Sənayesi MMC

Əlaqədar şəxs: Aytən Mahmudlu

E-mail: cv@fabboya.az

Telefon: (055) 500-91-00

Şəhər:
Bakı
Yaş:
20 - 35 yaş
Təhsili:
Natamam Ali
İş təcrübəsi:
1 - 3 il
Namizədə tələblər:
- Satıcı - alıcı münasibətlərini müəyyənləşdirən qayda və təlimatları bilməlidir
- Satılan məhsulun xarakteristikasını, çeşidlərini, satış qiymətlərini, son istifadə tarixini, saxlama şəraitini bilməlidir.
- Satış texnikası və prinsiplərini, davranış etikasını bilməlidir.
- Mağazanın təşkilati strukturunu bilməlidir
- Alıcılara keyfiyyətli xidmət standartlarını izah etməlidir

Vakansiya OMİD topdan və pərakəndə satış mərkəzləri üçün nəzərdə tutulur. "CV"-nizi mövzu yerinə satıcı yazaraq cv@fabboya.az ünvanına göndərməyiniz xahiş olunur.
İş barədə məlumat:
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Müştəri şöbəyə yaxınlaşarkən vitrin və şöbə ilə bağlı işlərini saxlayaraq ilk növbədə müştəriyə məmnuniyyətlə xidmət göstərməlidir
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır
- Mağazanın bütün şöbələrindən məlumatı olmalı, ehtiyac olduğu təqdirdə digər şöbələrdə də işləyə bilməlidir
- Anbardan malları qəbul edərkən onların tamlığına, qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır
- Rəhbərliyin göstərişlərini vaxtında və dəqiq yerinə yetirməlidir
- İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir
1016
400 - 600 AZN
- İşə vaxtında gəlib getmək - Usta briqadası yığılması köməklik etmək - İşin keyfiyyətinə nəzarət etmək - İşin gediş haqqında rəhbərliyə vaxtaşırı
Yaş:
23 - 55
1000 - 1500 AZN
- "Pirşağı Çirkab Suları Təmizləyici Quğusunun Tikintisi Layihəsinin dizaynı və tətbiqi - Mexaniki işlərin gündəlik monitorinqi və nəzarətini həyata
Yaş:
30 - 55
500 - 800 AZN
- Fasad və cəbhəhə aid bütün işləri görürük - İş vaxtı: 09:00-dan 18:30-dək
Yaş:
25 - 45
800 - 1000 AZN
- Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının yüksək şəkildə hazırlanması - Layihələrdə iş
Yaş:
26 - 45
600 - 900 AZN
- Работа с бригадой на строительном объекте - Контроль над рабочим процессом - Работа в офисе - Ведение документации - Рабочий график: полный день
Yaş:
25 - 45