Korporativ hüquqşünas

1400 - 1800 AZN

İşəgötürən: FINCA Azerbaijan

E-mail: recruitment@fincaazerbaijan.com

Telefon: (012) 596-33-84

Şəhər:
Bakı
Yaş:
23 - 50 yaş
Təhsili:
Ali
İş təcrübəsi:
1 - 3 il
Namizədə tələblər:
- Hüquq üzrə bakalavr dərəcəsi
- Korporatativ işləri üzrə azı 2 il iş təcrübəsinə malik olmaq
- Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi mükkəməl bilmək
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
- Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq
- Regionlara səfər etmək imkanına malik olmaq
- MS Office proqramlarını yaxşı bilmək
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri

Müraciət edənlər recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu hissəsində Korporativ hüquqşünas qeyd etməklə öz ərizə formalarını göndərə bilərlər. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
İş barədə məlumat:
- Təşkilatın tərəf olduğu korporativ mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəmə işinin aparılmasını təşkil etmək
- Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək
- Təşkilatdaxili bütün sənədləşmə işlərinin, hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
- Departamentin digər hüquqşünaslarının fəaliyyətinin kordinasiya edilməsi və hüquqi dəstək fəaliyyətinin təşkil edilməsini təmini etmək
- Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək
- İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-dan 18:00-dək
185
800 AZN
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi - Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması - İş yeri:Neftçilər - İş vaxtı:
Yaş:
35 - 35
600 - 700 AZN
- Şirkətdaxili normativ aktların işlənib hazırlanması və uçotu - Şirkətin yazılı və digər xarici korporativ kommunikasiyalarının qanunvericiliyə uyğ
Yaş:
21 - 21