Keyfiyyətə nəzarət üzrə mütəxəssis (sumqayit)

300 - 400 AZN

İşəgötürən: FİN PLAST

Əlaqədar şəxs: Cabbarov Fizuli

E-mail: info@finplast.az

Telefon: (012) 448-46-12

Şəhər:
Sumqayıt
Yaş:
30 - 45 yaş
Təhsili:
Ali
İş təcrübəsi:
3 - 5 il
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi: 25-45
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq istehsalatda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli
- Komandada işləmək bacarığına sahib olmalı
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis” qeyd edərək öz CV-lərini info@finplast.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər.
İş barədə məlumat:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması
- İstehsalat intizamının möhkəmləndirilməsi
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi
- Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması
- Keyfiyyətsiz məhsul, onun səbələri və təqsirkarlarının uçotunun aparılması
- Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi
- Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması
- Keyfiyyətə nəzarət planının hazırlanması
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi
- Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi
- Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi
- İş yeri Sumqayıt şəhərindədir. (köhnə Alüminium zavodunun yanı)
- İş vaxtı: Bazar ertəsi - Şənbə, 08:00-dan 18:00-dək
- Nahar və servis şirkət hesabınadır
- Əmək haqqı 300-400 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
291
400 - 500 AZN
- Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz şəkildə idarə etmək - İşçilərin nəqliyyat vasitəsilə təyinat yerinə və ya müxtəlif təyinat yerlərinə
Yaş:
25 - 40
500 AZN
- Universal maşınlara üstünlük veriləcəkdir - Əvvəlcədən qeyd olunan marşrut üzrə iş qrafiki - Nümunələrin şirkətlərə təhvil verilməsi - Maşındakı
Yaş:
26 - 40
400 - 500 AZN
- Həftədə bir gün istirahət günü (Şənbə və ya bazar günü) - Aylıq əmək haqqı 500 AZN - Maşın şirkət rəhbərliyinə aiddir
Yaş:
30 - 45
400 - 500 AZN
- Həftənin 6 günü - Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək
Yaş:
25 - 35
400 - 600 AZN
- Rəhbərliyin bütün sərəncam və tapşırıqlarını dərhal və ciddi yerinə yetirmək - Xidməti avtomobili idarə edərkəntəhlükəsizlik qaydalarına riayət etm
Yaş:
22 - 40