Iş icraçisi

2000 - 2500 AZN

İşəgötürən: ATEF Şirkətlər Qrupu MMC

Əlaqədar şəxs: HR ATEF

E-mail: hr@atef.az

Telefon: (012) 452-20-41

Telefon: (012) 452-20-41

Şəhər:
Bakı
Yaş:
40 - 50 yaş
Təhsili:
Ali
İş təcrübəsi:
5 - 10 il
Namizədə tələblər:
- Ali təhsilli (inşaat mühəndisi)
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli
- Layihələri oxumağı və təhlil etməyi bilməli
- Azərbaycan və rus dillərini bilməli (ingilis dilini bilənlərə üstünlük verilir)
- Bu sahə üzrə 5 il iş təcrübəsi olmalı;
- MS Office ( Word, Excell), Auto Cad və 3D Max proqramlarında işləməyi bilməli
- Yaş həddi 40-50
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İş icraçısı” Mövzu bölməsində göstərin.
İş barədə məlumat:
-Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
- İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək;
- İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq;
- Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
- Cari və baza qiymətləri ilə smeta tərtib etmək;
- Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək,
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir
634
600 - 900 AZN
- Yeni tikilən, eləcə də təmirdə olan gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən müxtəlif diametrli borularda quraşdırma əməliyyatları
Yaş:
25 - 55
800 - 1500 AZN
- Daxili raporlaşma - Layihə üzrə icra olunmuş işlər barədə zəruri hesabatların (hakedişlərin ) hazırlanması - Layihələrin oxunması - Layihə üzrə
Yaş:
25 - 35
1500 - 1800 AZN
- Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi - Etibarlı
Yaş:
25 - 40
600 - 700 AZN
- İş yeri Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşir - İş saatı: 08:00-dən 17:00-dək - Bazar günü istirahət
Yaş:
25 - 55
400 - 500 AZN
- Kompleksin həyətində verilən tapşırıqların yerinə yetirilməsi - 6 gün iş günü 9:00-dan 18:00-dək - Bazar gün istirahət - Nahar kompleks hesabına
Yaş:
25 - 40