Insan resurslari strukturunun meneceri

1000 - 1500 AZN

İşəgötürən: AGA Group of Companies

Əlaqədar şəxs: HR

E-mail: recruitment@agagroup.az

Telefon: (012) 497-32-11

Şəhər:
Bakı
Yaş:
25 - 35 yaş
Təhsili:
Ali
İş təcrübəsi:
3 - 5 il
Namizədə tələblər:
- Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil (Magistr təhsili və ya xaricdə təhsil alanlara üstünlük verilir)
- AR Əmək qanunvericiliyi bilikləri
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər
- İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər
- MS Office proqramlarından istifadə bacarığı
- Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı
- Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə menecer” qeydi edərək recruitment@agagroup.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
İş barədə məlumat:
- İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili
- Vakant vəzifələr üzrə namizədlərin tapılmasını təmin etmək
- Seçilmiş namizədlər ilə müsahibələri təşkil etmək və aparmaq
- İşə qəbul zamanı istifadə edilən testlərin yaradılması və mütəmadi olaraq yenilənməsini təmin etmək
- Namizədlərin rezerv bazasının formalaşdırılmasını təmin etmək
- Namizədlərin şirkətə cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, ali təhsil müəssisələri ilə işləmək və s.)
- İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi
- Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi
- Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi
490
1100 - 1500 AZN
- Mağazada yüksək servisin təmin olunması - Malların mağazada merçendayzinq standartlarına uyğun düzülüşü - Mağazanın fəaliyyətinə aid hesabatları
Yaş:
28 - 50
2000 - 2500 AZN
- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət - Mağazaya gərəkli dövlət strukturları ilə bağlı məsələlərin həlli (Vergi,
Yaş:
27 - 50
500 - 700 AZN
- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət - Kargüzarlıq və ofis daxili işlər - Görüşlərin təşkili - Email və tel
Yaş:
20 - 30
400 - 500 AZN
- İşə yeni qəbul olunanların əmək müqavilələrini tərtib etmək - İşçilərin əmək məzuniyyətini hesablamaq - İşə qəbul/İşdən azad olma/Əmək məzuniyyəti
Yaş:
18 - 35
500 - 800 AZN
- Мы предлагаем интересную работу в области рекрутинга и найма персонала для нашей компании - В работе с персоналом практикуем современный системный
Yaş:
25 - 35