Filial müdiri

1000 - 1200 AZN

İşəgötürən: "GunayBank" ASC

Əlaqədar şəxs: Cəmilə Məmmədova

E-mail: cv@gunaybank.com

Telefon: (012) 565-39-81

Telefon: (012) 565-39-81

Şəhər:
Bakı
Yaş:
30 - 45 yaş
Təhsili:
Ali
İş təcrübəsi:
5 - 10 il
Namizədə tələblər:
- Ali İqtisadi və ya hüquqi təhsil
- Bank sahəsində minimum 5 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsinin olmasıarzu olunandır
- Rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir)
- İnzibatçı kimi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) xüsusi komissiyasının attestasiyasından keçmiş olmalıdır
- Qüvvədə olan bank qanunvericiliyini və aidiyyəti təlimatları bilməli
- Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı
- Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər)
- Biznesi inkişaf etdirmə bacarığı
- Azərbaycan və rus dillərində səlis ingilis dilində orta səviyyədə danışıq bacarığı
- MS Office-dən istifadə bacarığı
- Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı
- Strateji və analitik düşünmə qabiliyyəti
- Liderlik qabiliyyətinin olması

Uyğun namizədlər CV-lərini "Filial müdiri" başlığı altında cv@gunaybank.com ünvanına göndərə bilərlər.
İş barədə məlumat:
- Filialın işini təşkil edərək, filialın fəaliyyətinə nəzarət etmək
- Bankın İdarəetmə Orqanlarının qərarlarını, İdarə heyəti sədrirnin əmr və sərəncamlarını icra etmək
- Filialın müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək
- Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək
- İşçiləri qiymətləndirmək və motivasiya etmək
- Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək
- Filiala etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s
- Bankın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək
- Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək
- İş saatları: 1-5-ci günlər, saat 09:00-dan 17:00-dək, şənbə günləri saat 10:00-dan 13:00-dək
525
500 - 800 AZN
- Bankın mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək - Bank tərəfindən təqdim edilən bank məhsulları və xi
Yaş:
22 - 35