Biznes analitik

2000 - 3000 AZN

İşəgötürən: PRONET

Əlaqədar şəxs: Elnara Əkbərova

E-mail: hr@pronet.az

Telefon: (012) 310-21-21

Şəhər:
Bakı
Yaş:
25 - 45 yaş
Təhsili:
Ali
İş təcrübəsi:
3 - 5 il
Namizədə tələblər:
- Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
- İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 3 il iş təcrübəsi
- ERP layihələrində iş təcrübəsi
- Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə
- Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək
- İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə
- Sistem Tələblərinin Spesifikasiyası (Analiz və Dizayn sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili
- Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı

CV-lərinizi hr@pronet.az ünvanına göndərməyinizi xahiş edirik.
İş barədə məlumat:
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
- İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
- Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi
- İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
- Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
- Nahar şirkət tərəfindən təmin edilir
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
- Əmək haqqı bilik və təcrübə əsasında müəyyən ediləcək
267
400 - 600 AZN
- Выезд и обход территории в городе, проверка информации на местности (здания, улицы, дороги, общественный транспорт и другое) - Внесение собранных с
Yaş:
20 - 30
400 - 500 AZN
- Komüterlərə texniki xidmət - Kompüterlərin şəbəkəyə qoşulması - Domen şəbəkələrində istifadəçilərin idarə olunması (Active Drectory) - Kompüterl
Yaş:
20 - 32
600 - 700 AZN
- Kompüterlərdə yaranan problemlərin həlli, diaqnostikası, optimizasiyası, istifadəçilərə dəstək - Printerlərin quraşdırılması və konfiqurasiyası -
Yaş:
22 - 30
400 - 800 AZN
- Yaranan dizayn problemlərini həll etmək - WordPress-də sayt hazırlamaq və texniki işlərin aparılması - Uzunmüddətli əməkdaşlıq - İş qrafiki - Fri
Yaş:
20 - 35
200 - 300 AZN
- Ayrı-ayrı yerlərdə yerləşən şirkətlərə getmək - Şirkətləri həftəlik yoxlama.
Yaş:
18 - 23