Ədəbi-bədii proqramların təşkili üzrə mütəxəssis (Entertainment specialist)

500 AZN

İşəgötürən: Amapola Exclusive Events MMC

Əlaqədar şəxs: Günel Əmiraslanova

E-mail: g.amiraslanova@amapola.az

Telefon: (012) 499-72-80

Şəhər:
Bakı
Cins:
Fərqi yoxdur
Yaş:
20 - 40 yaş
Təhsili:
Ali
İş təcrübəsi:
1 - 3 il
İş şəkli:
Tam gün
Namizədə tələblər:
• Ali təhsil;
• Azərbaycan dili və rus dilini mükəmməl səviyyədə bilməli, ingilis dili orta səviyyədə bilməyi arzuolunandır;
• Göstərilən vəzifə üzrə ən azı 1-3 illik iş təcrübəsinin olması;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Korporativ tədbirlərinin təşkili qaydalarını bilməli;
• İşgüzar əlaqələr və biznes danışıqlarının yaradılması qaydalarını bilməli;
• Müvafiq sahədə bazar araşdırmasının aparılması qaydalarını bilməli və tətbiq etməyi bacarmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini g.amiraslanova@amapola.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ədəbi-bədii proqramların təşkili üzrə mütəxəssis (Entertainment specialist)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İş barədə məlumat:
• Tədbirin ədəbi-bədii hissəsinin hazırlanması üçün aidiyyatı şöbələrlə və müştərilərlə müzakirələrin aparılması, müvafiq məlumatların (artistlərin sayı, musiqi janrı) alınması;
• Tədbirin mövzusuna uyğun axtarışların aparılması, tədbirin ədəbi-bədii hissəsi üzrə proqramın hazırlanması və təkliflərin verilməsi;
• Bütün şöbələrdən tədbirlə bağlı məlumatların toplanılması, prezentasiyanın hazırlanması;
• Tədbirdə iştirakı təsdiq edilmiş artistlərlə yazılı və şifahi danışıqların aparılması və xaricdən gələn artistlərin tədbirdə iştirakını təmin etmək üçün müvafiq işlərin görülməsi (biletlərin alınması, otellərin bron edilməsi, transferin həyata keçirilməsi);
• Tədbir başlamazdan əvvəl və tədbir zamanı artistlərin tədbirin proqramına uyğun ardıcıl çıxış etmələrinə nəzarət etmək.
377
Elan əlavə et
Diqqət!
Sizdən ödəniş tələb edən İŞƏDÜZƏLTMƏ şirkətləri ilə əməkdaşlıq etməyin! Normal firmalar ilk maaşın müəyyən faizini tələb etməlidirlər.
Saytda işədüzətmə firmalarının elan yerləşdirməsi qadağandır! Bu cür elana rastladığınızda əlaqə bölümündən bizə xəbər verin.
İşə düzəlməniz üçün "ŞİRKƏT" sizdən ödəniş tələb edə bilməz. Bu cür elanlar saxtadır (pul tələsidir) və aşkarlanan kimi silinir.