Qəribə spa-prosedurlar

Qəribə spa-prosedurlar

Hamı bilir ki, gözəllik qurban tələb edir. Bəs gözəlliyinizi qorumaq üçün nə dərəcədə risqə gedə bilərsiniz?

Hər kəsin razılaşmayacağı 6 qəribə spa-proseduru sizə təqdim edirik.

İlbizlərlə masaj

Afrika ilbizləri, axatin, qədim vaxtlardan məşhurdur. Onlar şəxsi çanağının bərpası üçün öz seliyindən istifadə edirlər. Bu səbəbdən selikdə olan faydalı maddələr əsasında yanıqların müalicəsi üçün, ziyillər, dəri yaraları, qırışların qarşısını alan müxtəlif kosmetik məhsullar hazırlanır.

Masaj iki gündən bir (ilbiz kifayət qədər selik ifraz edəndən sonra) 20 dəqiqə boyunca edilir. Nəticədə dəri – dartılmış, məxməri və təravətli olur. Əlbəttə əgər siz böyük ilbizləri sevirsinizsə bu masaji etməyə dəyər:)

İlanlarla masaj

İlan masajı stres və əsəb nasazlıqları vaxtı effektivdir. Sürünənin yavaş, bərabər hərəkətləri insana ötürülür, bununla ürək ritmi bərabərləşir, əzələlər boşalır və insan neqativ fikirlərdən azad olur.

Hesab edilir ki, ilanlar əzələlərdə ağrının mərkəzini incə hiss edirlər və məhz bu ağrı zonasına təsir edirlər. Kişilərin arasında bu prosedur daha məşhurdur çünki, ilanın masaj etməsi potensiyanı yüksəldə bilər. Bir qayda olaraq masajın seansı 3-4 ilanın iştirakla keçir. Sizin hansı effekti almaq istəyirsinizdən asılı olaraq müxtəlif ölçülü sürünənlərdən istifadə edilir. Əgər siz yüngülləşdirici masaj istəyirsinizsə kiçik ilanlardan istifadə olunur məsələn, suilanı. Amma müalicə üçün pitondan istifadə olunur.

Qan inyeksiyaları

Üzün cavanlaşması üçün insanlar nələr etmirlər. Məsələn, qan inyeksiyaları. Bu zaman bədənin başqa nahiyyələrindən qan götürülərək üzə mikro inyesiyalar edilir.

Belə prosedur ABŞ-da çox məşhurdur. Kimyəvi inyeksiyaların istifadə olunduğu başqa prosedurlardan fərqli olaraq təbii, organik və zərərsiz alternativ olaraq bu prosedura daha çox üstünlük verilir.


Bülbül peyinindən maska

Şayiələ görə Devid və Viktoriya Bekxem bu maskanı sağlam dərinin ən yaxşı resepti hesab edirlər. O səpmələri əla müalicə edir, üzdəki məsamələri daraldır və üzdən yağlı parıltını yox edir

Bəs niyə məhz bülbül peyini? Onun peyininin tərkibi sidik cövhəriylə və quaninlə zəngindir. Sidik cövhəri ən güclü nəmləndiricilərdən biridir və quanin dərinin səthinə sədəf işıqlanmanı verməyə bacaran ağardıcı vasitədir. Amma qoxu… Hərçənd, əgər siz iyrənmirsinizsə və üzünüzü bütün üsullarla yaxşılaşdırmağa çalışırsınızsa risk edə bilərsiniz:)

Şillələrlə masaj

Şillələrlə tay masajı — çox məşhur prosedurdur. Tailandlılar iddia edirlər ki, o birinci tətbiqdən sonra üzə cavanlığı qaytarır.

Üzün müəyyən nahiyyələrinə nöqlə zərbələri endirməklə üzə edilən bu masajın 15 dəqiqəsi 350 dollar dəyərindədir.

Alovlu masaj

Belə prosedur Çində hələ qədim vaxtlardan məşhurdur. Mahiyyət ondan o ibarətdir ki, bədənin müxtəlif bölmələrinə alkoqol hopdurulmuş xüsusi parça qoyularaq yandırılır.

Çinlilər deyirlər ki, belə manipulyasiyalar dəri örtüklərini stimullaşdırır, üzün rəngini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, sallanmış dərini yox edir və qırışların inkişafının qarşısını alır. Bəs siz necə risq edərdiniz?)

0
13:27
164

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!