Havay adaları haqqında maraqlı məlumatlar

Havay adaları haqqında maraqlı məlumatlar
  • Havay adaları "Aloxa Ştatı" ləqəbini daşıyır. "Aloxa" sözünün mənası "sevgi" "mərhəmət" "rəhm" deməkdir. Aloxa sözü eyni zamanda salamlaşma və vidalaşmaq üçün istifadə edilir.
  • "Havay" sözü mənbəyini pramolinez sözü olan "qavaiki"dən götürərək "Allahların yeri" və ya "Vətən" mənasını daşıyır.
  • Havaylar – coğrafi baxımdan Şimali Amerikada yerləşdirilməmiş yeganə ştatdır. O tamamilə suyla mühasirəyə alınmışdır və öz sərhədlərində düz xətlərə malik deyil.
  • Havay adalarından olan Barak Obama Birləşmiş Ştatların kontinental ərazisi xaricində doğulmuş birinci prezidentdir.
  • Daimi vulkanik püskürmələrinə görə Havaylar ABŞ-ın artan torpaq ərazisinə malik olan yeganə ştatıdır.
  • Havay adalarının dövlət dili havay və ingilis dilidir ama burda həmçinin pidjin, samon, tonqan dillərində də danışırlar.
  • Havay ABŞ-ın bütünlüklə adalardan ibarət, yağışlı tropik meşələrinin yerləşdiyi və kofe istehsal edildiyi yeganə ştatıdır.
  • 20-ci əsrin 60-cı illərində aya uçmağa hazırlaşan kosmonaftlar ayın səthini xatırladan Mauna-Loanın donmuş lava sahəsində məşq ediblər.
  • ABŞ-da ilk dəfə QİÇS-in qeydə alındığı yer Havay adaları olmuşdur. 1978-ci ilin may ayında ilk dəfə 50 yaşlı aziyat qadına QİÇS diaqnozu qoyulur və elə həmin ilin avqust ayında da qadın dünyasını dəyişir.
  • Havaylarda aşkar edilmiş tək vəhşi yerüstü ilan Havay kör ilanıdır. Güman edilir ki o 1929-cu ildə Kamexama məktəbinin ərazisinin yaşıllaşdırılmasında istifadə olunan bitkilər üçün Filippindən gətirilən torpağın tərkibində gətirilib.
  • Havay adaları ABŞ-ında abortun leqallaşdırıldığı birinci ştat olmuştur. Bu qanun 1970-cı ildə qüvvəyə minmişdi.
  • "Havaylar 5-0" "Qanun və Nizam" serialının çıxışına qədər ən uzun polis serialı olub. Serialda qəhrəmanların ştatın polis idarəsində işlədiyi göstərilsədə həqiqətdə, Havaylarda polis idarələri və ya ştat miqyasında nəqliyyat vasitələrinin bölməsi yoxdur.
  • Havay kral Kamexamanın gününü qeyd eden yeganə ştatdır. Havay adalarında 1872-ci il 11 iyul tarixindən bu günə qədər Kral günü qeyd olunur. Kamexama 1880-ci ildə Havay adalarını birləşdirib.
  • Sörfinq və ya heenalu minlərlə il öncə Havayda məskən salan polineziyalılar tərəfindən ixtira edilmişdir. Onların lövhələrinin çəkisi 150 funt , uzunluğa 20 futa çatırdı.

  • Havaylar – unikallığı ilə fərqlənən "hörümçək-təbəssümün" (Theridion grallator) vətənidir. Onun kürəyinin rəngləri gülümsəyən üzü xatırladır.
  • Havaylar məməlilərdən yalnız iki növün vətənidir: ağ-boz yarasa və suiti-rahib.
  • Havayda sözlərin yazılışı üçün ingilis əlifbasından istifadə zamanı, cəmi 12 hərf və simvoldan istifadə olunur.
  • Gündüz dişləyən mığmığalar ilk dəfə "biletsiz sərnişinlər" kimi 1872-ci ildə Havaylara ticarət gəmisi vasitəsi ilə gələrək, özüylə malyariya və taun kimi yeni xəstəlikləri gətirib.
  • Havaylar – ən gənc amerika ştatıdır, o yalnız 21 avqust 1959-cu il dövlət tərkibinə daxil olub.
  • Havay bayrağında səkkiz üfüqi zolaq ştatın əsas adalarından hər birini təqdim edir. Bayrağın sol üst küncündə Britaniya bayrağının kiçildilmiş versiyası Britaniya kapitanı Corca Vankuverə (Havaylara 1794-cü ildə ilk bayrağlarını hədiyyə edən şəxs) hörmət rəmzi kimi yerləşdirilmişdir.
  • Əvvəl Havay adaları sakinləri leyləri yerli Alilərə və ya rəhbərlərə hörmətin nişanı kimi hədiyyə edirdilər. düşmənçilik edən tayfaların başçıları sülh bağlamaq isdədikləri zaman birlikdə ley hörərmişlər.
  • Əvvəlcə "HULA" rəqsi xüsusi olaraq öyrədilmiş kişilər tərəfindən icra edilən sitaiş üçün rəqs sayılırdı. Hesab edilirdi ki, rəqsi onlara Havay Allahı "LUKA" öyrədir.
  • Qədim Havay sakinləri inanırdılar ki, qadın nə qədər ağır çəkili olsa o qədər gözəl görünər. Bu Düşüncə daha çox da qəbilə başçısı qadınlara aid edilirdi.

  • Molokai adasında 7000 –dən yuxarı sakin məskən salıb. O öz tarixinin sayəsində məşhurdur: nə vaxtsa burada Leprozor (cüzam xəstələrin müalicəsiylə məşğul olan ixtisaslaşdırılmış müalicə-profilaktik müəssisə ) yerləşirdi.
  • Havaylar – ABŞ-ın ən cənub ştatıdır.
  • Maui adası mifik yarımallahın (Yarı insan yarı Allah) şərəfinə adlandırılmışdır. O, Havay adaları sakinlərinə odu əldə etməyi öyrətmiş, nizə ixtira etmişdir. Rəvayətə görə Maui ölmüş nənəsinin çənəsindən düzəltdiyi nəhəng balıq qarmağı ilə balıq ovlarkən tilovuna düşmüş Havay adalarını sudan çıxarıbmış.
  • Adalarda ölmüş ilk avropalı kapitan Ceyms Kukun topçularının komandasından Uilyam Uotman olub. O, 1799-cu ilin yanvarında Xonaunau-da iflic olaraq dünyasını dəyişib.
  • Kapitan Kukun adaya ilk gəlisi müqəddəs festival zamanına düşdüyü üçün ada sakinləri onu "LONO" Allahı kimi qarşılamışdılar. Əvvəlcə Havay adaları sakinləri düşünürdülər ki, Kukun gəmiləri üzən adadır.
  • Öncə kapitan Kuk adanı öz himayədarı İngilis qrafı olan Sendfiç şərəfinə "Sendfiç adaları" adlandırmışdı.
  • Havay adaları sakinləri köpək balığını (mano) ilahi hesab edirdilər və ona böyük hörmətlə yanaşırdılar.

  • O vaxt insanların əksəriyyəti ağızın köməyi ilə fleytada ifa edərkən, qədim Havay adaları sakinləri burunları ilə fleytada (Ohe hano ihn) ifa edirdilər.Onların inancına görə burun nalayiq sözlər danışan ağızdan daha təmiz pak idi.
  • Havaylara (təxminən 1820-ci ildə) gəlmiş birinci xristian missionerləri, Havay anaların uşaq qatilliyini təcrübədən keçirdiklərini gördükdə şoka düşmüşdülər. Bu praktika onlara uşaqları ağır xəstə olduğunda və ya ailədə həddindən artıq uşaq olduqda lazım olurdu. Onları həmçinin Havay sakinlərinin ölüləri üçün yas tutma mərasimi zamanı kədərlərini ifadə etmə üsuluda təəcübləndirmişdi. O zaman onlar dişlərini sındırır, dillərinə tatu döydürürdülər.
  • 0
    10:05
    330

    Şərhlər

    Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!