Londonda bu heykəlləri yalnız gündə iki dəfə görmək olur

Londonda bu heykəlləri yalnız gündə iki dəfə görmək olur

Londonda Britaniya rəssamının və sualtı heykəltəraş Ceyson Teylorun heykəltəraşlıq kompozisiyası sərgilənib. Bu dörd atlının fiqurudur. Kompozisiyanın fərqliliyi ondadır ki bu fiqurları gündə sadəcə iki dəfə görmək olur - su geri çəkiləndə, müəllifin fikri elə bu idi. Müəllif bununla dünyanın iqlim istiləşməsi haqqında düşünməsini və artıq insanların bir qərara gəlməsi üçün çağırış edir. Heykəllər, hakimiyyəti təcəssüm edən iki kök biznesmendən və iki uşaqdan (ekoloji qəzalarla rastlaşacaq gələcək nəsil) ibarətdir. Atların başını isə neft quyuları üçün nasoslar əvəz edir.







0
13:38
60

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!