Baş travmasından sonra dahi olmuş insanlar

Baş travmasından sonra dahi olmuş insanlar

İnsan beyininin daha bir təəccüblü tapmacası: bütün bu insanlar beyin travmasını aldıqdan sonra qəflətən aşkar etdilər ki, xarici dildə danışa musiqi alətindən ifa edə və ya saylarla jonqlyorluq edə bilirlər…

İnsanlar bir gün oyandiqları zaman özündə yeni istedadı, bacarığı və ya xarici dilin biliyini aşkar etməyi arzu edirlər. Bəzilərinə belə reallıqı yaşamaq qismət olub. Onlardan biri – Ceyson Pedjettdir.

Ceyson Pedjett: Riyaziyyat və fizika

Orta məktəbi tam bitirməyən Ceyson öz atasının mebel mağazasında işləyir gecələr isə əyləncə gecələrində itirdi. Bir gün başından zərbə alan 31 yaşlı cavan insan qəflətən fizika və riyaziyyat üzrə dahi olur.

Ceysona savanta (savantizm) sindromunu diaqnoz qoyurlar. Bu sindrom beyin travmaları zamanı yaranır və zərər çəkmişə gözlənilməz istedadlar ( riyaziyyat, təsviri incəsənət və ya musiqi) hədiyyə edə bilər.

43 yaşlı Ceyson dünyada əl ilə fraktallar (Cismin forması, əslində, bir formanın iç-içə keçmiş kiçik surətləri şəklində ardıcıl təkrar olunur. Ölçüləri kiçilən və bir-birini izləyən formalar zəncirvarı şəkildə davam edir. Ancaq bu formalar çox simmetrik düzülürlər. Buna ən yaxşı misal qar dənəcikləridir) çəkə bilən nadir insanlardandır. Bir fraktalı yaradmaqçün Ceysona həftələt və aylar lazım olur.

Orlando Serrell: Təqvim hesablamaları

Besbol oynarkən Ornaldo başından top ilə zərbə alır. Bu barədə ailəsinə demediyi üçün həkim müayinəsindən də keçmir. Bunun nəticəsində Ornaldo bir il ərzində baş ağrılarından əziyyət çəkir. Nəhayət baş ağrıları sona çatandan sonra Ornaldo özündə qeyri adi qabiliyyət kəşf edir. O, tarixə görə həftənin gününü tamamilə dəqiq deməyi bacarırdı.

Ümumiyyətlə, təqvimlə bağlı istənilən hesablamaları Serrell göz qırpımında yerinə yetirir. O istənilən iki tarixin arasında günlərin miqdarını dərhal adlandıra bilər və ya məsələn, 1000 il ərzində 12 mart neçə dəfə cümə axşamına düşdüyünü deye bilər.

Tommi Makxyu: Poeziya və təsviri incəsənət

Keçmiş məhbus olan 51 yaşlı Tommi Makxyu 2001-ci ildə iki dəfə beyininə qan sizmasından sonra sağ qalmağı bacarır. Alın və gicgah nahiyəsindən aldığı zədələrdən sonra Tommi anidən sözləri qafiyə etməyə və rəsm çəkməyə başlayır. Onun əlində kağızar bitdikdən sonra hətta evinin divarlarını belə rəgləyir.

"Mən özümdə bir qadınlığ hiss edirəm. Mənim başım qafiyələr, şəkillər və müxtəlif obrazlar ilə doludur"

– Tommi Makxyu

Toni Çikoriya: Musiqi

Cərrah-ortoped Toni Çikoriyanı parkda gəzinti zamanı 1994-cü ildə ildırım vurur. Yaxınlıqda olan tibb bacısı onun həyatını xilas etməyi bacarır və doktor Çikoriyanın sağlamlığı tədricən bərpa olur.

Tezliklə Çikoriya özündə klasik musiqiyə qulaq asmaq və bir müddət sonrada ifa etmə həvəsi keşf etdi. O öncə notlar alıb sərbət fortepianoda ifa etməyi öyrəndi. Bir neçə vaxtan sonra isə mürəkkəb musiqi pyeslərini bəstələməyə başladı.

Alonzo Klemons: Heykəl taraş

Klemons hələ balaca yaşlarda vanna otağında yıxılaraq başından ciddi travma almışdı.

İQ 40-a malik olan heç bir oxuması və yazması olmayan bu uşaq imkanları məhdudlaşdırılmış usaqlar üçün sığınacaqda böyüyüb. Erkən yaşlardan onun heykəltaraşlıq üzrə böyük istedadı var idi. Hər hansı bir heyvanı bir neçə saniyədə görsə belə əlinin altında olan materiallardan ( məsələn sabundan) onu formalaşdırmağı bacarırdı.

İndi isə 56 yaşlı Alonzo işləri on minlərlə dollara satılan məşhur amerika heykəltəraşıdır.

Ben Makmaxon: Çin dili

Nə vaxtsa Ben Makmaxon avtomobil qəzasından sonra komaya düşmüşdü. Onun valideynləri ehtiyat edirdilər ki o komadan heç çıxmaya bilər. Ancaq artıq bir həftə sonra avstraliya tələbəsi özünə gəldi – və Çin dilində, daha dəqiq desək müasir mandarin dialektində danışmağa başlayır.

Hər şeyi dumanlı xatırlayıram. Mən oyandığım zaman başımın üstündə çinli tibb bacısı gördüm və düşündüm ki yəqin Çindəyəm. Yuxudaymışam kimi birdən çin dilində dasnışmağa başladım.

– Ben Makmaxon, 22 yaş

Əvvəl Ben məktəbdə Çinin baza kursunu keçirdi, amma onu bitirməmişdi. Sonda yenidən o ingilis sözlərini xatırlamağı bacarır, amma Çin dilinə gözlənilməz qabiliyyətidə yox olmur.

Hal-hazırda Ben Çin turistləri üçün Avstraliya üzrə bələdçi işləyir və immiqrantlar üçün Çində televiziya verilişini aparır.

Laxlan Konnors: Musiqi dahisi

Laxlan Konnarsda usaqlıqdan musiqi duyumu yox idi. O hətta it valsını belə fortepianoda çalmaq bacarığından məhrum idi.

Amma yeniyetmə idmanla maraqlanırdı və bu da oyun zamanı iki dəfə ciddi beyin silkələnməsinə gətirib çıxardı. Bundan sonra Laxlana da və hallüsinasiyalar başlandı, ona görə gənc idmanla vidalaşmalı oldu.

Ancaq beyin travmaları gözlənilməz əlavə təsirə gətirib çıxardı: 17 yaşlı Konnors müxtəlif musiqi alətlərində heç bir səy gösdərmədən ifa etmə qabiliyyətini özündə qəflətən aşkar etdi.

Mütəxəsislər ehtimal edirlərki gəncin keçirdiyi epileptik ürəkkeçmələr bütün öz həyatı boyunca böyük bəstəkar Frederik Şopenin keçirtdiyi epileptik ürəkkeçmələrlə oxşardır.

Bir necə il əvvəl heç bir musiqi savadı və duyumu olmayan gənc idi 13 fərqli alətlərdə ifa edə bilir. (fortepiano, gitara, ukulele, harmonika və.s)

Deniyel Temmet: Riyaziyyat

3 il epileptik ürəkkeçmələr keçirən Deniel sonda saylarla başını itirdi.

Məktəbdə o riyaziyyata görə mükafatlar alsada , onun qeyri-adi qabiliyyətli yalnız 25 yaşında aşkar edildi.

Mütəxəssislər Temmetaya saylarla jonqlyorluq etməyə icazə verən savanta sindromuyla yüksəkfunksiyalı autist diaqnozu qoydular.

Məsələn: O, 5 saat və 9 dəqiqə ərzində pi arasında 22 514 rəqəmi düzgün cavablandırmağı bacarmışdı. O həmçinin İslandiya dili daxil olmaqla 10 dildə danışa bilir. İslandiya dilini isə mərc əsnasında bir həftəyə öyrənmişdir.

Beynində hesablamaların prosesini 35 yaşlı Deniyel aşağıdakı qaydada təsvir edir:

Mən iki sayı vurarkən onlar gözümün önündə iki şəkil kimi canlanır. Sonra obraz dəyişməyə və inkişaf etməyə başlayır və qəflətən üçüncü şəkil meydana çıxır. Cavab da elə bu olur. Mən praktik olaraq bu haqda düşünmədən hesablayıram. Fikrimdə yalnız şəkilləri canlandiraraq.

0
17:32
61

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!