​Planetimizdə 5 ən təhlükəli yer

​Planetimizdə 5 ən təhlükəli yer

Səyahhət sezonu artıq başlamaq üzrədir və siz ekstrim səyahət istəyirisinizsə xəbərdarlıq edirik bu ölkələrə getməyəsiniz məsləhət deyil.

Bizim planetimiz eqzotik gözəl və bir o qədər də təhlükəli məkanlarla zəngindir. Biz isə sadəcə bir neçəsini sizin nəzərinizə catdıracağıq.

SOMALİ

Dünyada kriminal səviyyəsi yüksək olan şəhərlər çoxdur. Meksikadaki Sudad-Xuares kimi hansıki son illərdə yer üzünün ən kriminal şəhəri adlandırılır.

1993-cü ildə planeti şoka salan qadınların vəhşicəsinə kütləvi şəkildə ( 370 qurban) qətliamı məhz burda baş vermişdi.

Hətta Rio-De-Jenero və Paris kimi gözəl turistik şəhərlərə belə turistlərin xüsusi ilə də xanimların tək səyahət etməsi məsləhət görülmür.

Bəzən isə ən təhlükəli yerlərin siyahısına tək şəhər yox bütün ölkədə düşür.

Birinci yeri əlbəttəki müasir quldurların məkanı sayılan Şərqi Afrika dövləti Somali tutur.

Hərçənd onu dövlət adlandırmaqda çətindir. Hələki yerli əhalinin müvəffəq olduğu və bacardığı tək şey yerli anarxiya, cinayət və aclıq yaratmaqdır.

Somalinin sahilinə yaxın üzmək belə təhlükəli sayılır. Hətta müəyyən uzaq məsafədə üzən gəmilər belə burdakı quldurların hədəfinə çevrilə bilirlər.

Dövlətin şimalı daxili qarşılıqlı müharibələr vəziyyətindədir. Paytaxt hesab edilən "Moqadişo" nu isə yerli qəbilələr və cinayətkar qurumlar öz aralarında parçalamağa çalışırlar.

Qətillər, zorlamalar günün günorta çağıda soyqunlar, qanunsuzluq və cəzasızlıq bunlar hamısı Somaliyə aiddir.

Keymada-Qrandi və ya İlan adası

İlk baxışdan tamamilə cənnət məkanı adlandıra biləcəyimiz bu diyar Atlantik okeanında, San-Paulo (Braziliya) ştatının sahillərindən 35 km uzaqlıqda yerləşir.

Xoşbəxtlikdən bura bir müddətdir turistlər və ümumilikdə bütün ziyarətçilər üçün bağlıdır. Əgər siz çox istəsəniz ola bilər ki, sizi bu adaya buraxarlar. Əlbəttə ki öncə dilinizdən imzalı kağız almaq şərtiyləki siz vaxtsız ölümünüzdə heç kimi günahlandırmırsınız.

Keymada-Qrandi – dünyada ən təhlükəli sayılan ilanlardan birinin məsgənidir – ada batropası.

Bu məxluqun sancması hüceyrələrin sürətli ölümünə və hətta sancdığı yerdən sümüyə qədər ətin çürüməsinə səbəb olur. Bu halda insanın və ya heyvanın tamamilə bütün bədəni çürüyür. Bu proses zamanı isə canlının çəkdiyi ağrıları təsəvvür etmək belə mümkün deyil. Sonluq isə qaçılmaz olaraq ölüm ilə nəticələnir. " Botrops insularis"in zəhəri dünyada ən təhlükəli zəhər hesab edilir.

Deyilənlərə görə adada yerləşən mayakda öncədən insanlar işləyirmiş. Bir gün gecə vaxtı ilanların mayaka hücüm etməsi insanların ölümü ilə nəticələnir. Bu faciədən sonra mayaq avtomat rejimlə əvəz olunur. Sonuncu mayaq bu günə kimi fəaliyyət götərir. İnsan tərəfindən praktik olaraq toxunulmaz qalan və Yer kürəsində ən böyük təbii serpentarium hesab edilən bu ada 1985-ci ildə Braziliya hakimiyyəti tərəfindən müdafiyə altına alınaraq unikal qoruq elan edilib. Burda bir kvadrat metrə orta hesabla bir- beş ədəd zəhərli ilan düşür. Ağacların budaqları isə zəhərli gürzələrin məsgənidir. Bu aspidlər heçnədən xəbərsiz budaqlara qonan köçəri quşlar ilə qidalanırlar.

Keymada-Qrandi –planetdə yeganə yerdirki ilanlar insanları tamamilə sıxışdıraraq uzaqlaşdıra bilmişlər. Amma bütün bunlara baxmayaraq adanın ətrafında dayvinq və balıqçılıq yayılmışdır.

Ölümün yolu

"The North Yungas Road" daha başqa adla adlandırsaq taleyin yolu və ya ölümün yolu — bizim siyahımızda üçüncü yer tutur və dünyada ən təhlükəli yollardan sayılır. Bu yol Boliviyada yerləşir və uçurumun üstüylə uzanır. Yolun dərinliyi orta hesabla 600 m, uzunluğu — demək olar ki, 70 kilometr, ən enli hissəsi— 3,2 m, ən yüksək yeri — 3,6 kilometrdir.

Ən çox bu yoldan yük maşınları və avtobuslar istifadə etməyə məcburdur. Avtobuslar yolun ancaq çox az hissəsində sovuşa bilərlər. Bəzi yerlərdə yol o qədər daralır ki, avtobus bir təkəri uçurumdan asılaraq keçə bilir. Əfsus, bu Koroyko (Amazonkanın tropik rayonu) şəhərini və Boliviyanın paytaxtı — La-Otarırdı birləşdirən tək marşrutdur. Başqa yol sadəcə olaraq yoxdur.

Onsuz son dərəcə dar yol noyabrdan marta qədər davam edən tropik leysanlarla daim dağılır.

Sıfıra qədər görünüşü məhdudlaşdıran sıx dumanlar, sürüşmələr, gilli ,daşlı, sürüşkən (etibarsız) yolun təhlükəsini daha da artırır. Sınmış ağaclar, uçurumdan düşmüş maşınların pastlanmış qalıqıarı nə sürücüyə nə də ki sərnişinə fani mövcudluğu bir dəqiqədə olsun unudmağa imkan vermirlər. Yol boyu sadəcə insana dua etmək və ümid qalır. Hər il "The North Yungas Road"-da təxminən 200-300 insan həlak olur. Bütün bunlara baxmayaraq, ölümün yolu — sevimli turizm marşrutlarından biridir. Düzdür, turistlər bu yolda maşınla və ya avtobusla getməyə yox velosipedlərdə getməyə üstünlük verirlər. Amma taleyin yolu heç kəsə rəhm etmir — yalnız 1998-ci ildə burada 18 velosipedçi həlak olmuşdu.

Vaşinqton dağı

ABŞ-ın şimal-şərqində yerləşən Vaşinqton dağının hündürlüyü 1917 m-dir və hərçənd o ABŞ-ın bu regionunda ən yüksək dağ olsada tamam fərqli unikallığı ilə tanınır. Vaşinqton dağına uzun müddət yer səthində küləyin sürətinə görə dünya rekordu aid edilib (məsələn, qasırğanın (Tornado) dəqiq sürətini Yer kürəsindən ölçmək mümkün olmadığı üçün o peyklərin köməyi ilə ölçülür, buna görə məhz Yer kürəsində ölçülmüş küləyin maksimal sürəti Vaşinqton dağına aid idi) . 1934-cü ilin apreli xüsusilə seçilmişdi — o zaman hava kütlələrlərinin sürəti 372 km/saat (103,3 m/san) qədər yüksəlmişdi.

Dağda küləyin 500 km/saata qədər sürətinə dözə biləcək hidrometeoroloji stansiyalar və rəsədxanalar yerləşdirilmişdir. Vaşinqton dağında mart və aprel aylarında küləkli hava 16-24 saat davam edir. Burda müxtəlif istiqamətlərdən əsən küləklərin kəsişməsi ilə əlaqədər hava ekstremal dayanıqsızlığı və çox soyuq olması ilə fərqlənir. Təəccüblü deyil ki, yerli rəsədxananın şüarı belə adlanır: "Dünyada ən pis havası olan yer". Bununla belə, buradakı gözəlliklər daim bura turist-ekstremalları cəlb edir.

Danakil səhrası

Bu səhranı "Yer üzündə cəhənnəm" adlandırırlar. Burda ekstremal isti (50 °C) təşkil edir və yerin altından səthə zəhərli qazlar çıxır. Hətta vunkanlara görə burda addim atmağa belə yer qalmır. Lakin burada landşaft o qədər qeyri adidir ki, sanki başqa planetdəsiniz hissi sizi tərk etmir. Demək olar ki, qismən bu həqiqətdir — bura az oksigen, çox yandıran isti, zəhərli qaz və kükürd gölündən ibarətdir. Məsələ ondadır ki, məhz Afrika lövhəsini iki yerə bölən böyük Ərəb tektonik lövhəsinin sındırması (sınıq yeri) buradan keçir. Tez-tez baş verən zəlzələlər vulkanların püsgürdüyü çöküntüləri əmələ gətirir. Bu səhra gözəl qeyri adi bir o qədərdə insan həyatı üçün təhlükəli yerdir. Yerin altından çıxan buxarla nəfəs alsanız uzun ömrünüzü qısaltma ehtimalınız böyükdür və bütün bünlardan əlavə sizi daha bir təhlükə-səhrada amansız iqlimdə yaşayan bir parça çörək və bir neçə dollar üçün adam öldürən Efiopiya tayfaları gözlüyür.

0
11:00
261

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!