Ən möcüzəli işıqsaçan canlı varlıqlar

Ən möcüzəli işıqsaçan canlı varlıqlar

Biolüminesensiya – bu canlı orqanizmlərin işıq saçma qabiliyyətidir. O kimya proseslərinə əsaslandırılmışdır, hansı ki, azad olan enerji işıq formasında ayrılır. Biolüminesensiya nikah partnyorlarının, kommunikasiyanın, ovun cəlb edilməsi və ya xəbərdarlığ, maskalanma üçün xidmət edir. mənbə

Alimlər güman edirlər ki, biolüminesensiya qədim bakteriyaların zəhərdən qoruyucu reaksiyası kimi aeroblar formasindan anaerob formasina keçid mərhələsində peyda olub .Biolüminesensiya bakteriyalarda, göbələklərdə və heyvanlar sinifinin nümayəndələrinin kifayət qədər böyük spektrində rast gəlinir – ən sadələrdən xordalılara qədər. Amma o xərçəngvarilərin,həşəratların və balıqların arasında xüsusilə yayılmışdır,

İşıqı orqanizmlərə "yaratmaq"da bakteriyalar kömək edir, və ya onlar bu işin öhdəsindən öz gücləri sayəsidə gəlirlər. Bu halda işıq bədənin bütün səthi, və ya xüsusi orqanları əhatə edə bilər.

Adi atəşböcəyi

Adi atəşböcəyi çox güman ki, biolüminesensiyalıların ən məşhurudur. Atəşböcəyi ailəsi təxminən 2000 növdən ibarətdir. Bu böcəklərin ən böyük müxtəlifliyinə tropik və subtropik ölkələrdə rast gəlmək olar, amma keçmiş SSRİ-nin ərazisində bu həşəratların təxminən yeddi nəsili və 20 növü var idi.

Bu böcəklərə işıq qaranlıq gecəni aydınlatmaq üçün lazım deyil. işıq bir növ erkəklərin dişilərə (nigah partnyorlarına) siqnal göndərmək üçün bir vasitədir.

Noctiluca scintillans

Noctiluca scintillans, dinoflaqellyat növünə aiddir. Fotosintez etmə qabiliyyətiylə əlaqədar bəzən onları yosun dinoflaqellyatıda adlandırırlar. Məhz dinoflaqelyatlar – qorxulu və o qədərdə gözəl olan məşhur "qırmızı qabarmaların (axmaların)" gunahkarlarıdır.

Ən Gözəli isə bu canlıların gecə vaxtı okeanların, dənizlərın və göllərın sularını mavi rəngə necə boyadığını seyr etməkdir.

Dəniz şeytanı

Bu adı heç bir yırtıcı xüsusiyyəti olmayan tixli( sümüklü) balıq sadəcə görünüşünə görə alıb.

Dəniz şeytanları düzgün olmayan ağız strukturuna malik olduqları üçün ağızları həmişə açıq olur və kəskin iti dişləri görünür. Bu balıqların bədəni böyük miqdarda dəri fırıyla, təpəcik və lövlə örtülmüşdür. Ona görə təəccüblü deyil ki bu dəniz "Kvazimodosu", bədhax gözlərdən gizlənmək üçün böyük dərinlikdə yaşamağa üstünlük verir. Sualtı dünyanın başqa sakinlərindən onlar ağızlarının üstündə yerləşən bel üzgəclərinin ön hissəsi ilə fərqlənirlər. Dəniz şeytanına bu işıqlanan "fənər" yollarını aydınlatması üçün yox şikarını cəlb etmək üçün lazımdır

Göbələk ağcaqanadları

Əvvəl bu növ "Bolitiphila" adlanırdı, tərcümədə isə "göbələk həvəskarı" deməkdir. İndi isə adı dəyişdirilərək "Arachnocampa" olmuşdur tərcümədə "hörümçəyin sürfəsi" deməkdir. Məsələ ondadır ki, bu ağcıqanadın sürfəsi əsl hörmüçək toruna bənzəyir. Yumurtadan yeni çıxmış sürfələr cəmi 3-5 millimetr uzunluğa malikdirlər, amma inkişafın son mərhələsində 3 sm qədər böyüyürlər. Bu ağcaqanadlar öz həyatının çox hissəsini məhz sürfə kimi keçirirlər, buna görə, qidalanmaq və şikarını cəlb etmək üçün, mağaraların tavanında ipəkdən yuva kimi hörərək, aşağı yapışqan sapların sonlarını endirib, şəxsi bədənlərindən saçılan işıq ilə işıqlandırırlar.

Bu növ Avstraliyanın və Yeni Zelandiyanın mağaralarında yayılmışdır.

Neon göbələk

Təəssüf ki, mükəmməl gözəlliyə sahib təbiətin bu möcüzəsinə bizim torpaqlarda rast gəlmək mümkün deyil. Onu görmək üçün, Yaponiyaya və ya Braziliyaya yola düşmək lazımdır. Hətta orda belə bu möcüzəli yaşıl göbələyə rast gəlmək üçün yağış mövsümünü gözləmək lazım olacaq.

Bu göbələk yeməlidir ya yox – məlum deyil. Yəqin ki heç kim cürət edib bu yaşıl işıq saçan göbələyi boşqabda yemək üçün servis etməz.

Əgər bu göbələyi axtarmaq qərarına gəlsəniz ağacların gövdəsində, sınmış qırılmış budaqların yanında, yarpaq yığınlarının altında tapa bilərsiniz.

Nəhəng kalmar

Bu ən böyük biolyuminessent kalmardır (Taningia danae) və yəqin ümumiyyətlə bu heyvanların ən gözəl növüdür.

Elmə uzunluğu 2,3 m çəkisi 161 kq olan nüsxəsi məlumdur. Lakin, bu böyük gözəl canlını görmək elə də sadə deyil: O 1000 m dərinlikdə tropik və subtropik sularda yaşayır. Gözəlliyinə baxmayaraq, Taningia danae –oqressiv yırtıcıdır. Qurbana hücum etməzdən əvvəl, kalmar buynuzlarında yerləşdirilmiş xüsusi orqanların köməyi ilə qısa işıq parıltılarını saçır. Nə üçün bu parıltılar lazımdır? Aydin məsələdir ki qurbanını xəbərdar etməkçün yox. Alimlər güman edir ki, onlar dərin sularda yaşayan sakinləri kor etmək, və ya hədəfə qədər məsafəni qiymətləndirmək üçün lazımdır. Kalmarlar bu işıqı dişi partnoyrlarını cəlb etmək üçündə istifadə edirlər.

0
14:29
209

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!