​Əfsanəvi "Terminator" necə çəkilirdi. Maraqlı faktlar.

​Əfsanəvi "Terminator" necə çəkilirdi. Maraqlı faktlar.

Ən birinci "Terminator" —Hollivud ölçülərinə görə az məbləğə necə keyfiyətli film çəkmək olar fikrinin canlı nümunəsidi . Təsəvvür edin ki, o vaxtın ən baxımlı "boyevik" filminə cəmi $6,4 milyon bu günkü ilfilyasiyanı nəzərə alsaq indiki pulnan 14 mln dollar pul xərclənmışdir. Bu Dövürdə isə heç bir möhtərəm rejissor o pula elə genişmiqyaslı layihəni çəkməyə girişməz. Ceyms Kemeron zarafat edirdi ki, filmin büdcəsi "Terminator2" çəkilişləri zamanı Arnold Şvarseneqqerin gəzdiyi təkərli furqon maşının dəyəri qədər idi.

Amma demək olar ki, 30 il əvvəl daha bahalı kompüter qrafiklərsiz tamamilə keçinmək mümkün idi. Lap başdan yəni hələ ideyanın ssenariyə təcəssüm etməsi mərhələsində qənaət etmək lazım oldu. Əvvəlcə planlaşdırılırdı ki, Terminatorun şəxsində insanaoxşar robot "maye metaldan" yaradılacaq və istənilən insanların obrazını qəbul edə biləcək. Məhz lazımlı kompüter texnologiyaları olmadığına görə ideadan imtina edildi. Bu idea ancaq yeddi il sonar "Terminator 2" çəkiləndə reallaşdırıldı. Az büdcəyə görə gələcəkdə baş verənləri təsvir edən senarinin çox hissəsi zibil qutusuna atılmalı oldu.

Terminator obrazının ilkin eskizləri


Bu film müəyyən mənada bir aktyorun teatrı, qorxunc kiborq-qatilin monospektaklı kimi çəkilib. Ceyms Kemeronun aktyor tərkibiylə bəxti gətirmişdi. Güclü, təhlükəli görünüşlə, kasıb mimikasıyla Arnold Şvarseneqqer mümkün qədər yaxşı "insanlaşdırılmış" Terminator roluna uyğun gəlirdi. Dəmir skleletləri, qırmızı gözləri yaratmaqda isə köməyə kukla multiplikasiyası texnologiyaları gəlmişdi.

Bir neçə saat qrimlənmək lazım olurdu


Skelet terminatorun rol aldığı səhnələrdə boyu 50 sm keçməyən kukla terminator istifadə olunmuşdu. Bu kuklanın əlinin,ayağının, çənəsinin tərpətməsi kadrarxası edilir sonra montajla birləşdirilərək 1780-ci illərə görə heçdə pis alınmayan gümrah gəzən robota çevrilirdi. Belə epizodların sayı 10-dan az idi. En tipik səhnədən nümumə kimi filimin sonunda yanan maşından çıxan robotu xatırlatmaq olar.

Manekenlər həmçinin çəkilişlərə diqqətlə hazırlanırdılar


Belə kukla yalnız ümumi planlar- tamaşaçının robotun yalnız bədənini, başını, əllərini və ya T-800 ayaqlarını gördüyü səhnələr üçün yarıyırdı. O səbəbdən çəkiliş komandası kuklaları bir qədər də natural ölçülü etməyə qərar verdilər. Əslində elə manekenlərdən bir ədəd var idi amma əlini başını tərpədə bilsədə heç kim onu gəzməyə məcbur edə bilməzdi. Filmdə kiborqun ayrı-ayrı hissələri iri planda əbəs yerə çəkilməyib. Robotun ayrı-ayrı hissələrini ayrılıqda çəkmək daha asan idi nəinki 2 metrlik maşını hərəkətə gətirə bilmək.


Qayıdaq yenidən sonda maşının partlama səhnəsinə. Öncə robot tam boy tamaşaçılara göstərilsədə sonradan izləyicilərin nəzəri robotun ya ayağına, ya əlinə ya başına yönləndirilir. Ayaqları çəkmək daha asan idi. Amma bədən daha çətin olurdu. Bədəni çəkmək üçün ya xüsusi əl arabalarından istifadə olunurdu ya da çəkiliş komandasından kimisi onu belində daşıyır kimisi əlini kimisi ağzını tərpədirdi. Bir neçə saniyəlik kadr üçün onlarla dubl çəkmək lazım olurdu.


Kiborqun bədəninin tam hissəsini filmin sonunda presin altında öz qurbanını təqib edərkən görmək olar (texnikalar sadəcə Polun altında robotun bədənini dartırdı). Ondan öncəki səhnədə isə xatırlayırsınızsa onu dinamitlə partladırlar. Gözəl uçan hissələr əslində plastmasdan hazırlanmışdı, çünki nisbətən kiçik güclü partlayış vaxtı metal özünü o qədər effektli aparmazdı və bundan başqa insanları yaralaya bilərdi.

Filmdən kadr: Sara Konnor arxa planda zavodun binasına qaçır, birinci planda — "kukla teatrı artisti"nin çiyinlərində yerləşmiş Terminatorun bədəni.


Filmin vizit karti qırmızı robo-gözlü "dəmir Arni" oldu. Burda da manikendən istifadə olundu. Filmin ortasında Terminatorun zədələnmiş orqanık gözünün çıxartma səhnəsi var. O səhnədə kuklanın üzü silikondan edilmiş, canlı görsənməsi üçün isə su ilə isladılmışdı. Vaxtaşırı bu epizotda peyda olan Şvarseneqqerin öz üzüdə qeyri-təbii qrimlənmiş və suyla isladılmışdı. Deyilənlərə görə filmə ilk baxış zamanı aktyor öz sifəti ilə silikon kuklanı ayıra bilməyibmış. Amma günü bu gün o fərq həmin an gözə çarpır.

Teminator öz ölümünə tərəf sürünür


Kukla Arni


Əsl Arni


Səhnə arxası baxış


Yalançı başı axırıncı kadrların birində də görmək olar. Terminatorun motosikletdən yıxılaraq üzünün ezilməsi və dərisinin altında metal hissənin görsəndiyi səhnələrin bəzilərində kukla bəzilərində isə qrimlənmiş aktyor özü çəkilib.

Maneken


Qrimlənmiş aktyor


Filmin son planıda, "pres"in altında əzilmiş robotun kəlləsi , yavaş-yavaş sönən qırmızı göz və tüstü görünür. Normalda epizodun etibarlı çəkilişi üçün minlərlə dollar lazım olardı. Amma Çəkiliş qrupu bunun üçün metalın altında rənglənmiş penoplastldan, folqadan (əzilmiş kəllə), adi qırmızı lampa və siqaret tüstüsündən (təsadüfən kadra düşmüş) istifadə edirlər.

Folqa, lampa və siqaret tüstüsü


Biz yenidən "Terminatorun" ən təsirli epizodlarından birini yada salacağıq — yük maşınında sürətlə getmə və onun partlayışı. Təqiblə hər şey realdır: maşın və s. yüksək sürətlərə gedir, təkərlərin və kapotun altına düşür, avtomobilləri sındırır.Partlayışa gəlincə, yenidən kiçik hiyləyə əl atmaq lazim gəlir. Los-Ancelesin küçələrində əsl yük maşınını partladılmasına şəhər administrasiyası icazə vermir çünki çəkiliş meydançasının yaxınlığında döyüş sürsatları olan anbar yerləşirdi. O zaman işə benzindaşıyan maşının kiçildilmiş radio ilə idarə olunan surəti keçdi. Birinci maketin partlayışı uğursuz alındığı üçün təcili ikici madel hazırlanır və yüksək effekt eldə etmək üçün sürətləndirmiş kadrdan istifadə olunur.


Ən sərt xüsusi effekt: rirproeksiya və bir flakonda oyuncaq benzindaşıyan maşınının partlayışı


Sara Konnorı oynuyan aktrisa Linda Xemilton əslində heç bir maşından qaçmır bu səhnə sadəcə böyük ekranın qarşısında çəkilib. Gələcəklə bağlı kadırlar isə oyuncaq dekorasiyalardan, plastik kütlələrdən, kardon və falqalardan ibarətdir.


Filmdə yerə səpələnmiş insan kəllələri əslində qoz dənəsi böyüklükdə idi.

Çəkiliş zamanı


Filmdə


Uçan aparatların hazırlanması üçün nə vaxt nədə ki vəsait yox idi ona görə mütəxəssislər kobud madellər düzəldərək pavelionun tavanından kəndirlə asmışdılar.

Reallıqda uçan alətlər olduqca yaraşıqsız görünürdü


Filmdə isə təhlükəli və real görünür


Büdcənin az olması ümumilikdə çəkilişlərə çox təsir etmişdi. Bahalı operator arabası almaq və ya kiralamaq əvəzinə operatoru əlil arabasına əyləçdirib arxadan sürətlə sürmək məcburiyyətində qalırdılar. Birinci "Terminator" "B" kateqoriyasına aid edilərək yeni yetmələr üçün nəzərdə tutulmuşdu. Lakin sonda isə ekranlara XX əsrin ikinci yarısının əsl mədəni fenomeni çıxdı.

1990-cı ilin əvvəllərində isə ekrana birinci hissəylə müqayisədə böyük büdcəylə və ən yeni kompüter nailiyyətləriylə fərqlənən "Terminator 2" çıxdı.

0
12:27
85

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!