Qadınların başçılıq etdiyi xalq

Qadınların başçılıq etdiyi xalq

Tuareq — bu yalnız Volkswagen avtomobil markasının modeli deyil, həm də dünyada ən unikal xalqlardan birinin adıdır. Bu afrika xalqı kifayət qədər qəribə ənənəyə sahibdir. Tuareqlərdə başçılıq qadına məxsusdur kişilər isə başlarını və üzlərini bağlamaq məcburiyyətindədirlər

Bu matriarxat adlanır və bu o dəməkdir ki, bu cəmiyyətdə qadınlara daha çox söz haqqı düşür və idarəetmə də qanılnara aiddir. Hal bu ki, bütün dünya sivilizasiyasında hüquq bərabərsizliyindən qadınlar əziyyət çəkir.Rəsmən tuareqlər islama inanırlar, amma bu heç vaxt onların ənənələrinə təsir etmir: bu xalqın qadınları kişilərdən daha çox hüquqlara malikdirlər. Onlar kişilərdən fərqli olaraq üzlərini bağlamırlar. Tuareqlərdə nəsil anadan gəlir və qadın istədiyi zaman boşana bilər. Boşandıqları zaman mal varlığını bölmək də qadına həvalə olunur.Tuareq xalqının mədəni irsini məhz qadınları qoruyub saxlayırlar. Qadınlar bu cəmiyyətdə böyük hörmətə malikdirlər. Erkən yaşdan qızlar oxumağı və yazmağı öyrənirlər, kişilərə isə savadsız olmağ icazə verilir. Əsas məşğuliyyətləri — xırda buynuzlu mal-qaranın yetişdirilməsi və toxa əkinçiliyidir (taxıllar, paxlalar, tərəvəzlər). Tuareqlərdə oğlan 18 yaşına çatdığı zaman ailəsi tərfindən böyük bayram edilir və gənc oğlana artıq böyüdüyünü sivolizə edən ağ və ya mavi rəngli örtük hədiyyə olunur. Bu andan etibarən başqalarının yanında üzünü göstərmək ədəbsizlik kimi sayılır. Kişi üzünü ancaq evdə yoldaşının yanında aça bilir və yalnız yemək yediyi zaman örtüyü çənəsinə qədər endirməyə icazə verilir."Göy xalq " — onların ənənəvi geyimlərinə görə tuareqləri belə adlandırırlar. Parçalar burada kifayət qədər maraqlı üsulla rəngləyir: rəng geyimə daşlarla vurulur və ona göyümtül çalar verilir.Tuareqlərin dili tamaşek bərbər dillərinə aiddir, hərçənd zahirən tuareqlər Atlas dağlarının bərbərlərindən çox fərqlənirlər. Bunla bərabər tuareqlərdə qədim Liviya yazısından yaranan xüsusi Tifinqar yazısı ( tamaşek dilində) mövcuddur. XX əsrdə bir sıra Tamaşek ölkələrində latın əlifbası əsasında yazı sisteminə keçirilmişdir..Afrikada çoxsaylı tayfalara bölünmüş milion tuareqli yaşayır. Onlar dəvələrlə yeni otlaqlara köç edərək Saxarada minlərlə ildir ki, artıq dolaşırlar. Vurğulamaq lazımdır ki, dəvələrsiz səhrada bu xalq sağ qalmazdı. Yeri gəlmişkən demək lazımdır ki, boşandıqdan sonra dəvə kişiyə qalan yeganə mülkdür.

0
11:15
347

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!