Qadınların gözəllik uğrunda apardıqları ən qorxunc eksperimentlər

Qadınların gözəllik uğrunda apardıqları ən qorxunc eksperimentlər

Qadın ideal gözəlliyi haqqda fikir zaman keçdikcə dəyişir. Həmçinin ideal haqqında təsəvvürlər hər xalqda fərqlidir. Keçmiş bəzi xalqların hətta bu günə kimi gəlib çıxan adət ənənlərini gördükdə müasir qadın gözəlliyinə baxış daha da qiymətləndirilir. Hərçənd hətta bu gün belə gözəllik uğrunda düzgün qidalanmayaraq qidalardan əzab çəkən, psixi pozğunluqlar yaşayan və uğursuz plastik əməliyyatların qurbanına çevrilən qadınlar az deyil.

1. Kayan tayfasının qu boyunlu qadınları.
Bu tayfa sakinlərinin qadın gözəlliyi haqqında öz təsəvvürü var. Burada hesab edirlər ki, qadının boyunu nə qədər uzun olsa o qədər ideala yaxın olar. Bu səbəbdən balaca qızların artıq 5-6 yaşdan boğazlarına latun üzüyü geyindirirlər və yaşları artdıqca yenilərini tədricən əlavə edirlər, belə həyatlarının sonuna kimi davam edir.


2. Pəncələrin bağlanması

Çində işlər daha sərt idi, çünki burda normal ölçülü ayaqlar əsl çirkinlik hesab edilirdi. Və kiçik ayaqlı arvad hər bir kişinin fantaziyalarının təcəssümü idi. Buna görə uşaqlıqdan qızlar barmaqlarını içəri əyərək pəncələri bərk bağlayırdılar və çox kiçik ölçülü ayaqqabılar geyinməyə məcbur edilirdilər. Bu prosedur çox ağrılı olur və ciddi fəsadlar əmələ gətirirdi.


3. Aynu xalqının döymə-təbəssümlü qadınları

Ağızın küncləri kəskin biçaqla kəsilir və küllə doldurulurdu. Hesab edilirdi ki, belə mərasim ailə əmin-amanlığını və sakit axirət həyatını gətirəcək. Həmçinin qadınların əlləri də döymələrlə örtülürdü. Bu nişanlarla qadının ailə vəziyyətini, uşaqların mövcudluğunu və onun başqa xarakteristikalarını müəyyən etmək mümkün idi. İndi bu tayfanın insanları belə döymələri bayramlarda əllə çəkirlər.


4. Qurğuşun kirşanı

XVII əsrdə qadınlar qurğuşun tərkibli kirşandan istifadə edirdilər. Onun köməyiylə bütün qüsurları gizlədib üzün gözəl rəngini almaq mümkün idi. Amma mükəmməl görünüş ilə bərabər bu kirşan iflic, beyinin xərçəngi və başqa qaçılmaz xəstəlikləri gətirirdi.


5. Apatanis tayfasının qadınlarının döymələri

Bu tayfanın qadınları mümkün qədər az cazibədar görünməyə çalışırdı. Başqa tayfa nümayəndələri onları gəlin aparmasın deyə onlar üzlərində müxtəlif döymələr edir qulaqlarında burunlarında bacardıqları qədər böyük deşiklər açırdılar.


6. Radioaktiv kosmetika

Xlorlu toriumun və bromlu radiumun qarışığından hazırlanmış kosmetika 30-cu illərdə məşhur idi. Onu dəridəki bütün problemlərdən azad edən və fantastik cazibədar edən möcüzə-vasitə kimi reklam edirdilər. Amma heç kim zavallı xanımlara demirdi ki, onun tətbiqindən sonra çənə qopa bilər.


7.Soliter qurdu

İçərisində soliter qurdunun yumurtası olan həblər satılırdı. Bu varlıq sahibənin yerinə bütün yeməyi udurdu və bəzi hallarda uzunluğa 30 metr çatırdı.


8.Arsen

Arsen üzə təravət, gözlərə parıltı və bədənə cəzbedici dəyirmiliyi verməli idi. Vasitəni bir toxumdan başlamaq və dozanı tədricən artırmaq lazım idi. Arsenin istifadəsi insanı bunu bütün həyatı boyu qəbul etməyə məhkum edirdi, çünki onun istifadəsini dayandırmaq ölümlə nəticələnə bilərdi.

9. Xanımotu (belladon)

Qadınlar gözlərinə bu giləmeyvənin şirəsindən damcıladırdı. Bununla onlar gözdə parıltını əldə edirdilər və göz bəbəkləri genişlənirdi. Əksər hallarda isə korluqla nəticələnirdi.


10. Korsetlər

Korsetlər balina bığından hazırlanırdı və qadın bədənini dartırdı. Bu bədənin deformasıyasına və daxili orqanların travmasına gədirib çıxarırdı.
0
12:00
254

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!