Anatomik anomaliyalı insanlar

Anatomik anomaliyalı insanlar

Vaxtaşırı dünyaya o qədər təəccüblü anatomik anomaliyalı insanlar gəlirlər ki, nəinki ərtafdakı insanları hətta tədqiqatçıları belə təəcübləndirirlər. Bu gün sizə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış belə genetik pozgunluğu olan insanları təqdim edəcəyik. Bəziləri onları eybəcər adlandırsalar da əslində isə onlar qeyri-adi şərtlərdə yaşamağa məcbur edilmiş sadə insanlar idi.

Jan Libbera "iki bədənli İnsan" kimi şöhrət qazanmışdı.

Janı sinəsində qalmış əkiz-paraziti unikal edirdi. Kişinin döş qəfəsində rentgen şəkillərində həkimlər əkizin 15 sm-lik başını aşkar etmişdilər. Libber öz qardaşını Jan adlandırmışdı.

Françesko Lentinini "Böyük Lentini" adlandırırdılar.Françeskoda Siam əkizinə aid olan tamamilə işləyən üçüncü ayaq var idi. Siciliyada doğulub, həyatın çox hissəsi Françesko ABŞ-da yaşayır. Sirkin səhnəsində çıxış edərək tamaşaçını öz zəkası və diribaşlılığı ilə fəth edirdi. Lentininin dörd uşağı var idi və onlar tamamilə sağlam idilər.

Moris Tiye həmçinin "Fransız Mələyi" kimi tanınırdı.Keçən əsrin əvvələrində Moris boston Amerika Güləş Assosiasiyasının versiyasına görə iki dəfə ağır çəkidə dünya çempionu olub.

Yeniyetmə yaşında həkimlər ona akromeqaliya diaqnozu qoydurlar — xəstəlikdə sümüklərin qalınlaşması və böyüməsi müşahidə olunur. Bu isə rinqdə onun təhlükəli rəqib etmişdi.

Fanni Mills "Ohayalı biqfut-qız" kimi tanınırdı.

Fanni "Milroya xəstəliyi" adlandırılan sindromdan əziyyət çəkirdi. Onun ayaqları dəhşətli dərəcədə şişkin idi. Onun ayağının ölçüsü 43 sm-ə çatırdı.

Ella Xarper həmçinin "dəvə - qız" kimi məşhur idi. İki əli və iki ayağı üstə gəzmək vərdişinə görə bu ləqəbi almışdı.Ella təəccüblü və son dərəcə nadir ortopedik qüsurla doğulmuşdu — onun dizləri tərs üzünə əyilmişdi.Öz həyatını o sirkə həsr etmişdi. O 1870-ci ildə anadan olub və 51 yaşında dünyasını dəyişib.

0
13:10
279

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!