Zövqlə qocalmaq

Zövqlə qocalmaq

Fotoqraf Ari Set Koen tərəfindən (Ari Seth Cohen) yaradılmış "Zövqlə qocalmaq" adlı unikal foto-layihəni sizə təqdim edirik. Bu layihədə zövqlü və zərif yaşlı xanımlar iştirak ediblər (əgər daha dəqiq desək ən cavan xanımın 59 ən yaşlı xanımın isə 102 yaşı var!

Modelləri fotoqraf Nyu-Yorkun küçələrindən seçir və ən maraqlısı budur ki, onların üzərində nə peşəkar dizayner nə də vizajist işləməyib, bu onların şəxsi stili və gündəlik obrazıdır.
Foto-layihənin hədəfi həqiqi gözəlliyin vaxta tabe olmadığını göstərməkdi. Zövq və stil illərlə daha dazərif olur. Bu modellərin yaşlarını ağ saçlarını gizlətmədikləri və plastik cərrahiyədən istifadə etmədikləri diqqətəlaiqdir. Onlar qürurla yaşlarını gizlətmədən həyata davam edirlər və bəli onlar füsunkar görünürlər!

Əgər qocalacağıqsa, o zaman yanlız belə!

0
15:20
204

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!