Yer kürəsində həyatın 3,5 milyard il ərzində inanılmaz təkamülü! (1-ci hissə)

Yer kürəsində həyatın 3,5 milyard il ərzində inanılmaz təkamülü! (1-ci hissə)

Bizim planetimizin təxminən 4,5 milyard yaşı var. Bir dəfə həmişəlik bizim Yer kürəmizi dəyişdirən hadisə baş verdi və planetdə həyat yarandı! Hər bir insan, heyvan, həşərat və ya güllər öz mənşəyinə görə orqanizmə - protobiontlara borcludur . Ağıllı insana qədər yer kürəsinin təkamülünü görmək istəyirsiniz? O zaman bu məqaləni sizə təqdim edirik.

4,54 milyard il əvvəl Günəşin ətrafında fırlanan akkresion diskdən Yer kürəsi formalaşdı…


Yer kürəsinin çox hissəsi başqa kosmik obyektlərləvə sıx toqquşmalar və aktiv vulkanizm səbəbindən əridilmiş idi. Güman edilir ki, belə böyük toqquşmalardan biri yer oxunun meylinə və Ayın formalaşmasına gətirib çıxardı.

Zamanla belə kosmik bombalamalar qurtardı, nəhayət planetə soyumağa və bərk səth yaratmağa imkan verdi.


Vulkanik deqazasiya ilkin atmosferi yaratdı, amma onda demək olar ki oksigen yox idi və yaşayış üçün mümkünsüz, zəhərli idi.

Planetə kometalarla və asteroidlərlə gətirilmiş su buludlara və okeanlara kondensasiya olundu. Su kimyəvi və orqanik elementlər doludur. Yer kürəsi nəhayət, həyat üçün qonaqpərvər oldu və ən erkən onun formaları atmosferi oksigenlə zənginləşdirdi.


Kimya atomları dəqiq və lazım ardıcıllıqda birləşərək genetik materiallardan qat yaradırlar . Belə orqanizmlərin təkrar istehsalı resurslar tələb edirdi: enerji, sahə və materiyanın kiçik miqdarı və bu resurslar tezliklə çatmamağa başladı nəticə isə rəqabətə və təbii seçimə gətirib çıxardı Beləliklə təkrar istehsalda daha çox effektiv olan molekullar seçilməyə başladı. Sonra əsas çoxalma molekulu DNK oldu.


Arxaik gendə tezliklə daxili membranlar inkişaf edərək planetimizdə ilk protobiontların yaranmasına səbəb oldu və beləliklə gələcəkdə daha əlverişli inkişaf üçün sabit fiziki, kimyəvi mühit yarandı!

Bir nəsildən başqa nəslə keçərkən, genlər hüceyrələri artıma itələyirlər, beləliklə, həyatda qalmanı suğortalıyırlar. Növbəti 2 milyard il ərzində bu hüceyrələr Yer kürəsində həyatın tək forması olurlar. Amma, bir dəfə, təsadüfi hərəkət hər şeyi dəyişdirdi – iki hüceyrə birləşərək öz genlərinidə birləşdirdilər, və bundan sonra hüceyrə özünü klonlaşdırmağa başladı. Bu döl bir yox iki hüceyrənin (iki valideynin) genini daşıyırdı. Biz bu təsadüfü cinsi əlaqə adlandırırıq. Amma hər şey hər zaman düz getəyə bilir və hüceyrələr çoxaldığı zaman onların genləri içəridə qarışır, bölünürlər. Hüceyrələr mutasiya edir və mutasiya çətinləşir. Hüceyrələr arasında fərq böyüyür və belə hüceyrələrin sayı getdikcə artır sonda müxtəlif növlər formalaşır.Həyat adlandırdığımız ağac şaxələnərək milyardlarla növə bölünür. Amma yalnız bu şaxələrdən biri, bizə gətirib çıxaracaq...

Mutasiya və müxtəliflik okeanda genişlənir, daha da çox və daha mürəkkəb olur və bizi 8 santimetrlik əcdada su qurduna gətirib çıxarır. Bəli, ola bilər ki, biz 550 milyon il əvvəl belə görünürdük!


Mutasiya növləri bölərək qadın kişi cinsini yaradır. Daha çox nəsil yaradılır, daha çox gen ötürülür. Bütüklə əhatə olunan hər şey tamamilə kordursa özünə partnyor tapmaq praktik olaraq mümkün deyil. Bütünlüklə qaranlığ dənizdə, görmək imkanı çox əhəmiyyətli üstünlüyü yaradacaq və təbiətin ən maraqlı yeniliyi forma əldə etməyə başlayır. Dərinin bir neçə hüceyrəsi mutasiya edir. İndi canlı qaranlıqdan işığı ayıra, daha çox yemək tapa və yırtıcılardan özünü daha yaxşı qoruya bilər. Canlı daha uzun yaşamağa, daha çox nəsil artırmağa başladı. Və çox tezliklə, işığa həssas hüceyrəyə malik olan varlıqlar üstünlük təskil edir. Hüceyrələr mutasiyanın və nəsillərin saysız-hesabsız dəyişməsinin sayəsində təkmilləşir. Təbii seçim təsir edərək bütün canlı varlıqlara bu dünyaya uyğunlaşmağa imkan yaradır və budur bizim əcdadlarımızda gözlər yaranır.


İndi varlıqlara gördüklərindən nəticə çıxartmaq lazımdır. Gözlərin arxasında əsəb uclarının cüzi miqdarı bir bütöv halda qruplaşaraq birləşir. Onlar sancağın başından böyük olmurlar. Bir zaman sonra bu ən mürəkkəb və təəccüblü orqanlardan biri "beyin" olacaq!


Belə, 521 milyon il əvvəl Milokunminqiya - uzunluğu cəmi 2,8 sm olan sadə qərarları qəbul edə və ən sadə informasiyanı emal edə bilən balığa bənzər varlığ yarandı.


Lakin bu varlıq artıq bu sualtı dünyasında tək deyil...


0
13:45
134

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!