Braziliyalı modelin köpək balıqlarıyla sualtı fotosessiyası

Braziliyalı modelin köpək balıqlarıyla sualtı fotosessiyası

33 yaşlı braziliyalı model, televiziya aparıcısı və heyvanların aktiv müdafiəçisi Karina Oliani qeyri-adi sualtı fotosessiyaya çəkilib. Bu şəkillərə baxaraq çoxları düşünə bilərlər ki, bu — "fotoşopçunun" mahir işinin nəticəsidir. Lakin bu belə deyil. Bütün fotosessiya real suyun altında çəkilib. Karina həm suların inanılmaz dərinliklərinə enib həm də bütün bunları heç bir təhlükəsizdik sistemi olmadan yırtıcı köpək balıqlarının əhatəsində edib. Belə cəsarətli addımı model, köpək balıqlarının fövqəladə vəziyyətinə ictimaiyyətin diqqətini cəlb etmək üçün atıb.

Fotosessiya Baham adalarında keçirilirdi və gözəl braziliyalıya ( hansı ki, özü 20 ildir peşəkar dayvinqlə məşğul olur) suyun altında tənəffüs aparaturasız çəkilmək üçün dünyada tanınmış dayverlər Styuart Kouv və Liza Parkinson kömək edirdilər.
Köpək balıqlarından modeli heç bir qəfəs müdafiə etmirdi və Karina ümid edir ki, bu fakt insanlara köpək balıqlarını daha ətraflı tanımağa kömək edəcək. "Onlar heç də qatil deyillər — braziliyalı deyir. Hər saat insanlar 11 min köpək balığı öldürürlər. Axı bu heyvanlar ekosistem üçün çox əhəmiyyətlidir. Köpək balıqları bizim planetdə artıq 400 milyon ildən çoxdur ki, yaşayırlar".


0
11:55
104

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!